Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Bəzi siyasi partiyalar və QHT-lər xaricdən aldıqları maliyyə vəsaitini başqa məqsədlər üçün istifadə edirlər

Siyavuş Novruzov: Bəzi siyasi partiyalar və QHT-lər xaricdən aldıqları maliyyə vəsaitini başqa məqsədlər üçün istifadə edirlər

14.06.2017 [10:07]

“Bəzi siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) xaricdən aldıqları maliyyə vəsaitini başqa məqsədlər üçün istifadə edirlər”. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dünən parlamentin növbədənkənar plenar iclasında çıxışı zamanı deyib.
S.Novruzov bildirib ki, həm siyasi partiyaların, həm də QHT-lərin maliyyələşməsi məsələsinə yenidən baxılmalıdır: “Bir sıra təşkilatlar maliyyə məsələləri barədə məlumat vermirlər. Biz siyasi partiyaların və QHT-lərin maliyyələşməsi ilə bağlı qanuna dəyişiklik etdik. Bir sıra Avropa strukturları, yerli təşkilatlar bunu başqa istiqamətə yönəltməyə çalışırdı, ancaq həyat göstərdi ki, biz düzgün addım atmışıq”.
Millət vəkili qeyd edib ki, siyasi partiyalar, eləcə də QHT-lər maliyyə mənbəyi barədə məlumat verməlidirlər. “Baş prokuror bu yaxınlarda bəzi siyasi partiyaların maliyyə mənbələri barədə ictimaiyyətə və aidiyyəti strukturlara məlumat vermədiklərini bildirib. Ona görə də bu məsələyə bir də baxılmalıdır. Baxmayaraq ki, biz bununla bağlı qanun qəbul etmişik və qanun əsasında onlar həm MSK-ya, həm də digər strukturlara bu haqda hesabat verməlidirlər. Biz şəffaflığın təminatı ilə əlaqədar qanun qəbul etmişik və bu addımı vaxtında atmışıq. Amma yenə də baxılmalıdır. Bir partiya sədrinin müavininin bir ildə 41 dəfə xaricə səfər edib ölkəyə maliyyə gətirməsi sağlam məqsədə xidmət edə bilməz. Əgər düzgün fəaliyyət göstərirsənsə, niyə maliyyəni Azərbaycanda almırsan? Biz bu məsələyə yenidən baxmalıyıq. Əgər bir qurum nizamnamədən kənara çıxırsa, gətirdiyi maliyyə digər məqsədlərə xidmət edirsə, biz bununla bağlı tədbir görməliyik. Bizim üçün vətəndaşların təhlükəsizliyi hər şeydən üstündür. Biz gələcəkdə bu məsələni sərtləşdirməliyik. Bir partiya maliyyə hesabatında 0 rəqəmi göstərir, amma baxırsan ki, aparatı, avtomobilləri, cangüdənləri, işçiləri var. Bu təşkilatların maliyyə mənbəyi öyrənilib ictimaiyyətə təqdim edilməlidir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31