ABŞ-Azərbaycan münasibətləri uğurlu strateji tərəfdaşlıq nümunəsidir
08.06.2017 [10:11]
Birləşmiş Ştatlar Prezidenti Donald Trampın Prezident İlham Əliyevə məktubları ölkələr arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
Məlum olduğu kimi, ölkəmiz balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Azərbaycan özünün xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Bu məqamda qeyd etmək yerinə düşər ki, müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatları da ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Məhz ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları da bunu aşkar şəkildə ifadə edir.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, həmin məktublarda D.Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. A.Hüseynov qeyd edib ki, ABŞ Prezidenti Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı hesab edir. Buna görə də D.Trampın məktublarında Azərbaycanla tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti yüksək qiymətləndirilir, iki ölkə arasındakı əlaqələrin yaxşı perspektivə malik olduğu diqqətə çatdırılır.
Millət vəkili son illərdə dünyada gedən proseslər fonunda terrorizmə qarşı mübarizənin aktuallığının daha da artdığını bildirib: “Təəssüf doğuran haldır ki, hazırda terrorizm bir çox ölkələr üçün çox ciddi təhdidə çevrilib. Ən acınacaqlı cəhət odur ki, terror hadisələri bir çox hallarda milli-dini-irqi zəmində törədilir ki, bu da gələcək birgəyaşayış üçün daha təhlükəlidir. İnsanlarda sabaha inam azalır. Dünyanın gələcəyi üçün getdikcə daha böyük təhlükəyə çevrilən terrorun qarşısını ancaq birgə səylərlə almaq mümkündür. Bu istiqamətdə Azərbaycanın səyləri hər cür yüksək qiymətə layiqdir. Ölkəmiz özünün xoş məramına sadiq qalaraq dünyanın bu və ya digər guşəsində aparılan antiterror əməliyyatlarına öz töhfəsini verməyə çalışır. Bu amil D.Trampın Azərbaycanın dövlət başçısına ünvanladığı məktubda da nəzərə çatdırılıb”.
“Uğurlu daxili və xarici siyasətilə beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan ABŞ ilə əlaqələrə böyük əhəmiyyət verir. Əlbəttə ki, Vaşinqton da öz növbəsində Cənubi Qafqazın güc mərkəzinə çevrilən Azərbaycanla çoxtərəfli əməkdaşlığın inkişafında xüsusilə maraqlı olduğunu dəfələrlə bəyan edib. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə göndərdiyi məktublardan isə aydın olur ki, bu gün ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir”. Bunu isə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
“Təsadüfi deyil ki, ABŞ-ın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər. Çünki Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır və iki ölkə birgə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışır”, - deyə Sədaqət Vəliyeva bildirib. Onun sözlərinə görə eyni zamanda, Azərbaycan Avropa üçün yeni enerji mənbəyi olduğundan, uzunmüddətli və uğurlu əməkdaşlığa sadiqliyini nümayiş etdirdiyindən ABŞ ölkəmizlə fəal əməkdaşlıq etmək marağını gizlətmir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18

