/ / Ermənipərəst mərkəzlərin Əfqan Muxtarlının həbsini siyasiləşdirmək cəhdləri uğursuzluğa məhkumdur
Ermənipərəst mərkəzlərin Əfqan Muxtarlının həbsini siyasiləşdirmək cəhdləri uğursuzluğa məhkumdur
08.06.2017 [10:10]
Ekspertlər bəzi beynəlxalq təşkilat təmsilçilərinin bu məsələ ilə bağlı qeyri-adekvat fikirlərini qərəzli və qanunsuz hesab edirlər
Azərbaycan dövlətinin yürütdüyü siyasi kursun yalnız milli maraqlarımıza xidmət göstərməsi istər erməni lobbisini, istərsə də xarici anti-azərbaycançı mərkəzləri narahat edən əsas amillərdəndir. Hətta bəziləri bir az da irəli gedərək ölkəmizdəki hüquqi müstəvidə cərəyan edən müəyyən proseslərlə bağlı obyektivlikdən uzaq, qərəzli bəyanatlar səsləndirir, antidemokratik mövqe nümayiş etdirirlər.
O cümlədən, bir müddət öncə Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Əfqan Muxtarlının hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ermənilərin və xarici anti-azərbaycançı qrupların yenidən aktivləşməsinə, ölkəmizə qarşı çirkin kampaniyalar aparmasına səbəb olub. Qeyd edək ki, Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması həm də anti-Azərbaycan şəbəkənin əsl simasını açdı, bu prosesin iştirakçılarını ifşa etdi. Təəssüf doğuran məqamlardan biri də odur ki, bəzi beynəlxalq təşkilatların təmsilçiləri də Azərbaycanda qanunun aliliyinin təmin olunması və qeyri-qanuni fəaliyyətin qarşısının alınması istiqamətində görülən bu tədbirlərə qərəzli yanaşaraq ölkəmizə təzyiq göstərməyə cəhd edirlər. Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federika Moqerininin də bununla bağlı bəyanatı ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Tahir Mirkişili ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin yüksək səviyyədə olduğunu və bütün məsələlərə qanun çərçivəsində yanaşıldığını diqqətə çatdırıb. T.Mirkişili Əfqan Muxtarlı və digərləri ilə bağlı bəzi beynəlxalq təşkilatların təmsilçilərinin səsləndirdiyi bəyanatların qeyri-hüquqi və antidemokratik mahiyyətə malik olduğunu dilə gətirib: “Əfqan Muxtarlı və digərləri konkret olaraq ölkə qanunvericiliyinin tələblərini pozduqları üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Saxlanılma səbəbləri isə rəsmi strukturlar tərəfindən bəyan edilib. Avropa Birliyinin onu və digərlərini birmənalı şəkildə “azad etmək” tələbi bir daha məsələnin mahiyyətində fərqli nüansların gizləndiyini deməyə əsas verir. Bu, hüquqi bir məsələ olduğu üçün istintaq hərəkətləri aparılır və bu qəbildən olan bəyanatlar məsələni siyasi müstəviyə daşımaq cəhdidir. Fikrimcə, bu, yolverilməzdir. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan dövlətində qanun qarşısında hər kəs bərabərdir və Əfqan Muxtarlı ilə bağlı xüsusi bir tələb irəli sürmək anlaşılan deyil”.
T.Mirkişili saxlanılan Əfqan Muxtarlının Ermənistan KİV-i və digər ermənipərəst mərkəzlər tərəfindən də aktiv şəkildə müdafiə edilməsi məsələsində mühüm məqamların yer aldığını deyib. Onun sözlərinə görə, bu fakt onların gizli əlaqələrinin ola bilmə ehtimalını yaradır.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli də proseslərin bu istiqamətdə getməsini gözlənilən adlandırıb. Uzun müddət ərzində bir sıra QHT-lərin və ayrı-ayrı radikal qrupların maraqlarını ifadə edən jurnalistlərin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Gürcüstan üzərindən müvafiq vəsaitlərlə maliyyələşdirildiyini söyləyən E.Mirzəbəyli bu vəsaitlərin bilavasitə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa xidmət göstərən addımların atılması üçün ayrıldığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, 2011-2012, 2014 və 2016-cı illərdə Qərbin Azərbaycana qarşı hər zaman ədalətsizliyi ilə seçilən bəzi fondları tərəfindən ölkəmizdə bu kimi layihələrin həyata keçirilməsinə təxminən 4 milyon 600 min dollar həcmində vəsait ayrılıb: “Bu pulun əhəmiyyətli hissəsi isə Gürcüstan üzərindən köçürülüb. 2011-2012-ci illərdə konkret olaraq maliyyənin kimlərə ayrılması göstərilirdisə, artıq 2014-2016-cı illərdə vəsaitlərin kimlərə verilməsi gizli saxlanılıb. Sadəcə olaraq, göstərilib ki, ayrılan vəsaitlər əsasında həyata keçirilən layihələrdə həm də siyasi motivli məsələlər yer almaqdadır. Bu isə çox şeydən xəbər verir. Layihələrə bir dəfə üçün ayrılan vəsaitin həcmi isə 140 min dollara yaxın olub. Bu fakt özü sübut edir ki, radikal siyasi qruplar və onların təmsilçiləri bilavasitə bu və ya digər təşkilatlar vasitəsilə maliyyələşiblər. Onların istəkləri isə ölkəmizdə daxili sabitliyin pozulmasına nail olmaq idi. Əfqan Muxtarlı və bu kimi insanlarla bağlı baş verən hadisələr əslində bir çox məqamlardan xəbər verir”.
E.Mirzəbəyli onu da qeyd edib ki, Əfqan Muxtarlı və bu dəstədə yer alan digərlərinin əsas məqsədlərindən biri də iki ölkə arasındakı münasibətlərin korlanmasına şərait yaratmaqdır. Gürcüstan dövlətinin Azərbaycanın həyata keçirdiyi enerji layihələrində önəmli yerə malik olduğunu söyləyən E.Mirzəbəyli vurğulayıb ki, iki ölkə strateji müttəfiqdir: “Bu iki dövlətin əməkdaşlığının bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etməsini nəzərə alsaq, ermənipərəst qüvvələrin münasibətlərin pozulmasında maraqlı olma səbəbləri ortaya çıxar. Xatırladım ki, bir zamanlar Bakı-Tbilisi-Ceyhan layihəsinin işə düşməsi ərəfəsində də ermənipərəst dairələr və onların himayədarları, onlara xidmət edənlər eyni addımlara əl atırdılar. Bu gün də TAP kimi qlobal bir layihənin həyata keçirilməsi istiqamətində atılan addımlar onların fəaliyyətinin daha da aktiv fazaya keçməsini “zəruri edib”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

