/ / Prezidentin köməkçisi: Beynəlxalq aləmdə kimin necə qiymət verməsindən asılı olmayaraq, biz özümüzü haqlı hesab edirik
Prezidentin köməkçisi: Beynəlxalq aləmdə kimin necə qiymət verməsindən asılı olmayaraq, biz özümüzü haqlı hesab edirik
31.05.2017 [10:12]
“Azərbaycanda demokratik inkişaf modeli kiminsə xoşuna gəlmək üçün seçilməyib. Beynəlxalq aləmdə kimin buna necə qiymət verməsindən asılı olmayaraq, biz öz yolumuzla gedirik və özümüzü haqlı hesab edirik”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Xəzər” televiziyasına müsahibəsində deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan azad internet məkanına daxil olan dövlətdir: “Avropanın ən inkişaf etmiş dövlətlərindəki informasiya, siyasi və vətəndaş cəmiyyəti mühitini Azərbaycandakı mühitlə müqayisə edin, onda bütün məsələlər aydın görünəcək. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi kiminsə icazəsini almadan, müvafiq qanunvericiliyə uyğun təsis olunub, fəaliyyət göstərirlər. Azərbaycan kosmik dövlətlər sırasına qatılaraq, iki süni peykini buraxıb. Azərbaycanın informasiya texnologiyaları nəinki bölgənin, post-sovet məkanın, dünyanın ən yaxşı nümunələrindən birini yarada bilib”.
Ə.Həsənov vurğulayıb ki, hökumət vətəndaş cəmiyyətinin, əhalinin bütün təşəbbüslərini dəstəkləyir: “Bu sahədə geniş meydan açılıb, üç mindən artıq qeyri-hökumət təşkilatı həm də dövlətin yardımı ilə fəaliyyət göstərir. Dövlət qeyri-hökumət təşkilatlarına özünün tərəfdaşı kimi baxır, demokratik cəmiyyət quruculuğu prosesi onlarla birlikdə həyata keçirilir. Azərbaycanda 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Bu partiyaların hər biri hakimiyyət uğrunda sivil mübarizədə iştirak etmək imkanlarına malikdirlər. Bütün bunların fonunda “Azərbaycanda demokratiya boğulur”, “Azərbaycanda insan hüquqları sahəsində problemlər var” tipli fikirlər söyləmək fiksiyadır. Bu, Azərbaycana təzyiq göstərmək üçün əlavə bir vasitədir, bunun başqa əsası yoxdur. Azərbaycan öz yolu ilə gedir, bu yol Azərbaycan xalqının maraqlarına cavab verir, xalq da yürüdülən siyasəti dəstəkləyir. Bizim üçün də əsas təməl prinsipi budur”.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

