Milli Məclisin deputatı Milan şəhərində keçirilən AŞPA-nın komitə iclasında çıxış edib
19.05.2017 [10:01]
Sahibə Qafarova: Bu gün Azərbaycan qadınları ictimai həyatın hər sahəsində aktiv iştirak edirlər
“Qadınların iqtisadiyyatın müxtəlif sahələrində iştirakı xüsusilə indiki zamanda çox əhəmiyyətlidir”. Bunu İtaliyanın Milan şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında çıxışı zamanı AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova deyib.
Xatırladaq ki, 3 gün davam edəcək müzakirələrdə Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, qaçqınların cəmiyyətə inteqrasiyası, üzv ölkələrdə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması barədə fikir mübadiləsi aparılır. Müzakirələrdə çıxış edən Sahibə Qafarova ölkəmizdə bu sahədə mövcud olan vəziyyət barədə ətraflı danışıb. AŞPA-nın komitə sədrinin sözlərinə görə, Şərqdə qadınlara ilk dəfə səs vermək hüququ XX əsrin əvvəllərində məhz ölkəmizdə verilib. Millət vəkili deyib ki, bu gün Azərbaycan qadınları ictimai həyatın hər sahəsində aktiv iştirak edir və bir çox hallarda üstünlük təşkil edirlər. Məsələn, ümumtəhsil müəssisələrində müəllimlərin 76,6, orta ixtisas təhsili müəssisələrində 75,1, ali təhsil müəssisələrində 48,8, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumtəhsil müəssisələrində şagirdlərin 45,8, orta ixtisas təhsili müəssisələrində oxuyanların 67,4, ali təhsil müəssisələrinin tələbələrinin 48,5 faizini qızlar təşkil edir.
Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 50, bütün elmi işçilərin isə 53,2 faizi qadınlardır. Son 5 ildə tədqiqatlarla məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb: “Bundan başqa, səhiyyə sahəsindəki qadınların 37%-i, təhsil sahəsində 44%-i , mədəniyyət və turizm sahəsində isə 23%-i rəhbər vəzifələrdə çalışırlar. Milli Məclisdəki üzvlərimizin 16 faizini qadınlar təşkil edir. Mən böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin bu il fevralın 21-də imzaladığı Sərəncamla Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Həmçinin Azərbaycan parlamentinin sədr müavinlərindən biri qadındır. İki nəfər Dövlət Komitəsinin sədri və Ombudsman vəzifələrində və müxtəlif nazirliklərin rəhbər orqanlarında qadınlar təmsil olunurlar. Regionlarda da idarəetmədə qadınların fəal təmsilçiliyinin şahidi oluruq və bu dinamika artmaqdadır”.
O həmçinin vurğulayıb ki, son zamanlarda siyasi və ictimai qərarların qəbulunda və iqtisadi sahədə qadınların iştirakında əhəmiyyətli artım müşahidə olunur.
Hazırda iqtisadi sferada qadınların öz potensiallarını göstərməsi və onları həvəsləndirmək üçün qəbul edilən və dövlət tərəfindən həyata keçirilən tədbirlər də qeyd olunmalıdır: “Öz şəxsi bizneslərini qurmaq üçün qadınlara kreditlər verilir və onlar müxtəlif vakansiyalara irəli çəkilirlər. Dövlət xüsusi olaraq, kənd yerlərində öz əkinçilik bizneslərini qurmaq istəyən qadınlar üçün də yardımçı tədbirləri tətbiq edib”.
Sahibə Qafarovanın fikrincə, bütün bunlar dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin uğurlu olduğunu göstərir.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

