Tatyana Anodina: Heydər Əliyevi bütün dünya tanıyır və xatırlayır
11.05.2017 [10:20]
Heydər Əliyev təkcə Öz xalqı və ölkəsi üçün böyük şəxsiyyət olmayıb, Onu bütün dünya tanıyır və xatırlayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri, professor Tatyana Anodina söyləyib.
O deyib: “Heydər Əliyevin adı biz aviatorlar üçün xüsusilə əzizdir, çünki aviasiyanın inkişafının, Dövlətlərarası Şuranın və Dövlətlərarası Aviasiya Komitəsinin yaradılmasının təməlində O dayanıb. Aviasiya Onun xüsusi diqqət yetirdiyi sahələrdən biri olub, çünki bu sahə ölkənin təhlükəsizliyi, dünyanın təhlükəsizliyi və insanların təhlükəsizliyi ilə bağlıdır. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən zaman aviasiya məsələləri ilə məşğul olub və sahənin əsas qanunu - Hava Məcəlləsi Onun rəhbərliyi ilə yaradılıb. Buna görə də mülki aviasiyanın daha səmərəli və təhlükəsiz inkişafı üzrə mühüm sənədlərin məhz mayın 10-da - Heydər Əliyevin doğum günündə Dövlətlərarası Şuranın Bakıdakı qərargahında imzalanması rəmzi haldır”.
T.Anodina Prezident İlham Əliyevə də böyük təşəkkürünü bildirərək, Onu əsası Heydər Əliyev tərəfindən qoyulmuş möhtəşəm işin layiqli davamçısı adlandırıb. Dövlətlərarası Şuranın prezidenti T.Anodina deyib: “Mülki aviasiyanın infrastrukturunun inkişafı, onun təhlükəsizliyi və beynəlxalq əlaqələrin genişlənməsi daim Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Bakıya - Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlər Azərbaycanın necə gözəl ölkə olduğunun şahidi olurlar. Bu hava limanının yüksək səviyyəli infrastrukturunu görən qonaqlar başa düşürlər ki, inkişaf etmiş müasir dövlətin ərazisinə gəliblər”.
T.Anodina Bakıda Dövlətlərarası Şuranın qərargahının fəaliyyəti üçün yaradılan gözəl şəraitə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını bildirməklə bərabər, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə uzunmüddətli peşəkar və insani münasibətlərini səmimiyyətlə və böyük ehtiramla vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

