Yeni milliyyətçiliyin yaranması: populizm və qütbləşmənin qarşısını necə almalı?
06.05.2017 [12:39]
Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yeni milliyyətçiliyin yaranması: populizm və qütbləşmənin qarşısını necə almalı?” mövzusunda panel sessiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Global Compass” şirkətinin prezidenti Jan-Kristof Basın moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Varvik Universitetinin professoru Riçard Hiqot bildirib ki, populizmin artması qloballaşmadan irəli gəlir. Populizmin və milliyyətçiliyin artması mədəniyyətlərarası dialoqun qurulmasına böyük ziyan vurur.
Son dövrlərdə populistlər daha çox Qərbdə aktivləşiblər. Onlar keçmişin daha yaxşı olduğunu düşünürlər, milliyyətçilik nostalgiyası ilə yaşayırlar. Populistlər Böyük Britaniyada “Brexit”ə düşmən münasibət bəsləyirlər, Avropada isə miqrantlara qarşı düşmən mövqeyi tuturlar. Populistlər elə hesab edirlər ki, dövlət onlara xəyanət edib.
Brüsseldəki Virje Universitetinin elmi işçisi Vircinia Proud populist siyasətçilərdən danışaraq bildirib ki, populistlər özlərini brend kimi təbliğ edirlər, insanların zəif nöqtələrini tapıb ondan danışırlar. Bunun üçün populistlər sosial şəbəkələrdən aktiv istifadə edir, insanları öz ətrafına toplayırlar, onların fikirləri ilə oynayırlar.
Vircinia Proud qeyd edib ki, son dövrdə sosial media siyasətdə geniş istifadə olunur. Hazırda dünyada 3,73 milyard internet istifadəçisi var. Onlardan 2,8 milyardı sosial şəbəkələrdən istifadə edir. Dünyanın 26 ölkəsində əhalinin 51 faizi sosial mediadan xəbər mənbəyi kimi istifadə edir.
Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu çıxışında bildirib ki, bəşəriyyət tarixi inkişafın çətin bir dövründən keçir. Hazırda müsəlman dövlətlərinə və İslam dininə qarşı müxtəlif oyunlar təşkil edilir. Qərbdə mövcud olan ksenofobiya və islamofobiya qütbləşməni yaradan amillərdəndir. Bu isə sivilizasiyalar arasında dialoq yaratmağa çətinlik törədir. Azərbaycan bu çətin bir dövrdə öz multikulturalizm modelini təklif edir.
Sessiya müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21

