Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini ilə görüşüb
06.05.2017 [12:27]
Mayın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini İbrahim Thiau ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ətraf mühitin mühafizəsi və davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, yerli və regional səviyyədə görülən işlər, irəli sürülən təşəbbüslər müzakirə edilib. Leyla Əliyeva IDEA-nın son beş ildə əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri və gələcək planları haqqında BMT rəsmisinə məlumat verib.
Leyla Əliyeva qarşıdan gələn BMT Ətraf Mühit Assambleyasının 3-cü görüşünə toxunaraq, tədbirin çirklənmə mövzusuna həsr edilməsinin təqdirəlayiq olduğunu, müasir dünyada bu problemin yaratdığı təhlükənin ciddiliyini qeyd edib. O, rəhbərlik etdiyi IDEA kampaniyası tərəfindən ətraf mühitin çirklənməsinin qarşısının alınması, təkrar emal və tullantıların idarə edilməsi üzrə həyata keçirilən layihə və tədbirlər haqqında danışıb, Azərbaycanda bu istiqamətdə aparılan fəaliyyətdə UNEP-in iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Bununla yanaşı, Leyla Əliyeva IDEA-nın Azərbaycanda dəniz ətraf mühitinin mühafizəsi, xüsusən də nəsli kəsilmək təhlükəsi altında olan nərə balığının qorunması üzrə səyləri, o cümlədən bu balığın artması üçün vacib olan Kür çayının deltasının təmizlənməsi layihəsi haqqında danışıb.
IDEA-nın təbiətin qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirən İbrahim Thiau bildirib ki, UNEP Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və digər maraqlı tərəflər ilə sıx əməkdaşlığa önəm verir.
UNEP və IDEA-nın əsas məqsəd və vəzifələrinin üst-üstə düşdüyünü nəzərə alaraq, tərəflər əməkdaşlığı davam etdirmək və genişləndirmək niyyətində olduqlarını vurğulayıblar.
Görüşün sonunda Leyla Əliyeva UNEP-in icraçı direktoru Erik Solxeymi Azərbaycana səfərə dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

