Əli Əhmədov: Azərbaycanda neft sektorundan sonra ən böyük sərmayə tikinti sektoruna qoyulub
28.04.2017 [09:27]
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşü keçirilib
Dünən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Komissiyanın sədri, Baş nazirin müavini Əli Əhmədov son illər ölkəmizdə böyük quruculuq işlərinin həyata keçirildiyini bildirib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzaladığını xatırladan Baş nazirin müavini bu Sərəncamla Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını qeyd edib. Onun sözlərinə görə, komissiyanın qarşısında bir çox əhəmiyyətli vəzifələr qoyulub: “Bu vəzifələr hər şeydən əvvəl qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə əlaqədardır. Həmçinin komissiyanın qarşısında ölkəmizdə işgüzar, iqtisadi fəallığın artırılmasına dəstək verilməsi, işçilərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, eləcə də əmək bazarında təklif və tələb arasında uyğunluğun yaradılması kimi vacib vəzifələr qoyulub. Son 10-12 il ərzində ölkəmizdə möhtəşəm inkişaf və yüksəliş yaşanıb. Bu inkişafa bütün dünya şahiddir. Bu dövrdə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb, bir neçə il ərzində Azərbaycan inkişaf dinamikası baxımından dünyanın ən öndə gedən ölkəsi olub. Bu iqtisadi yüksəliş dövlətin qarşısında duran sosial vəzifələrin də uğurla yerinə yetirilməsi üçün çox etibarlı baza yaradıb. Bu illər ərzində pensiya və əməkhaqları, müavinətlər bir neçə dəfə artıb. Bu illər ərzində ölkəmizdə 1,5 milyondan çox yeni iş yerləri açılıb. Təkcə keçən il 190 min yeni iş yeri yaradılıb. Azərbaycan yoxsulluğun səviyyəsinin aşağı düşməsi sahəsində dünyada heç bir ölkənin nail ola bilmədiyi göstəriciyə nail olub. Belə ki, 10 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə qədər aşağı düşüb. İşsizliyin aradan qaldırılması yönündə də işlər görülür. Bu gün ölkəmizdə işsizliyin səviyyəsi 6 faizdən aşağıdır”.
Digər sahələrdə də müsbət nəticələrin qazanıldığını deyən Baş nazirin müavini bildirib ki, ölkəmizdə quruculuq, abadlaşma, müasirləşmə, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, regionların simasının dəyişməsi bütövlükdə Azərbaycanın mənzərəsini köklü surətdə dəyişib. Onun sözlərinə görə, hazırda güclü Azərbaycan dövləti qurulub və biz bundan qürur duyuruq: “Eyni zamanda, görülən işlər cənab Prezidentin rəhbərliyi ilə hər bir vətəndaş üçün daha rahat şəraitin təmin edilməsi deməkdir. İnsanlar üçün işləmək, yaşamaq xoşdur. Çünki insanların rahat yaşaması, əmək fəaliyyəti göstərməsi, mənəvi cəhətdən inkişafı üçün hər bir şərait yaradılıb. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanda həyata keçirilən siyasətin əsasında vətəndaş dayanır. Dövlət siyasətində bundan yüksək məna və məzmun ola bilməz. İnsan dövlət və cəmiyyət üçün ən ali dəyərdir. Bu dəyərin layiqli həyat səviyyəsi ilə təmin edilməsi isə dövlətin ən ali vəzifəsidir. Bu vəzifəni Prezidentimizin rəhbərliyi ilə dövlətimiz uğurla həyata keçirir”.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan böyük resurslara malik olan ölkədir və bir neçə il ərzində çox yüksək iqtisadi-sosial göstəricilər əldə edib. Onun sözlərinə görə, bu nəticələrin qazanılmasında təbii resurslarımız başlıca rol oynayıb: “Amma hazırda neft amili əsaslı rol oynamır. Prezident İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli inkişafın təmin edilməsi məqsədilə yeni iqtisadi inkişaf konsepsiyası hazırlanıb. Bu inkişaf konsepsiyasının mahiyyəti Azərbaycanın inkişafını, insanların rifahını təbii resurslardan asılılıqdan azad etməkdən ibarətdir. Məqsəd daimi olan resursların yaradılmasıdır ki, bu resurslar tükənmir, artırılır. Bu resurslar əsasında iqtisadi inkişafın və sosial rifahın təmin edilməsi qarşıya qoyulub. Buna görə də iqtisadiyyatın diversifikasiyası həyata keçirilir. Kənd təsərrüfatı, sənaye, turizm və digər sahələrin inkişaf edirilməsi bu konsepsiyanın əsas parametrlərini təşkil edir. Bilirsiniz ki, dövlət başçısı tərəfindən Strateji Yol Xəritəsi təsdiq edilib və onun həyata keçirilməsi nəticəsində Azərbaycanın inkişafında sıçrayışa nail ola biləcəyik.
Biz buna əminik. Çünki potensialımız çox böyükdür”.
Əli Əhmədov qeyd edib ki, inkişaf siyasətinin həyata keçirilməsində tikinti sektoru da önəmli rol oynayır. Hökumətin siyasətində tikinti sektoruna böyük önəm verildiyini deyən Baş nazirin müavini bildirib ki, Azərbaycanda neft sektorundan sonra ən böyük sərmayə tikinti sektoruna qoyulub: “Bu, dövlətin bu sahəyə verdiyi önəmlə əlaqədardır. 2016-cı ildə Azərbaycanda qoyulan 15 milyard manat sərmayənin 11,4 milyard manatı tikinti sahəsinə yönəlib. Bunun sayəsində tikinti sektoru güclənir. Dövlət bundan sonra tikinti sektorunun dəstəklənməsinə, bu sektorda çalışan insanların daha güclü mövqelərə malik olmasına maraqlıdır. Bu illər ərzində Azərbaycanda möhkəm dayaqlara söykənən tikinti şirkətləri yaranıb, bu şirkətlər ölkədən kənarda da tikinti layihələrini uğurla həyata keçirirlər. Bununla da, bir tərəfdən, özlərinin biznes maraqlarını təmin etmiş olurlar, digər tərəfdən, dövlətimizin iqtisadi potensialına əhəmiyyətli töhfə verirlər. Ötən il 11,4 milyard manat sərmayə hesabına 3,9 milyard manatdan çox əsaslı kapital qoyuluşu həyata keçirilib. 1 milyon 670 min kvadratmetr mənzil tikintisi həyata keçirilib. Bu, təxminən 13 min mənzil deməkdir. Eləcə də məktəblər, uşaq bağçaları, xəstəxanalar, digər sosial və iaşə obyektləri tikilib. Tikinti sahəsi Azərbaycanın əmək bazarında da əhəmiyyətli rol oynayır. Rəsmi statistikaya görə, bu sektorda 343 min nəfər işlə təmin olunur. Bu, bütövlükdə iqtisadi fəal əhalinin təxminən 7 faizini təşkil edir”.
Görüşdə komissiyanın üzvləri - əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və bir sıra tikinti şirkətlərinin rəhbərləri iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

