Milli Məclis deputatının etik davranış qaydaları barədə qanun layihəsi müzakirə olunub
21.04.2017 [09:17]
Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub.
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova iclası açaraq bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərlə əlaqədardır. Konstitusiyada nəzərdə tutulan müddəalar qanunvericilikdə öz əksini tapmalıdır. Dünyanın bir çox ölkələrində müxtəlif dövlət qurumlarının, seçkili orqanların, o cümlədən bələdiyyələrin, habelə dövlət qulluqçularının fəaliyyətini tənzimləyən qanunlar mövcuddur. Deputatın da fəaliyyət istiqamətlərini müəyyənləşdirən belə bir qanunun olması zəruridir.
Bahar Muradova diqqətə çatdırıb ki, qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və bu komitənin üzvü Vüsal Hüseynov tərəfindən hazırlanıb. Müəlliflər sənəd üzərində işləyərkən Avropa Şurasına və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin bu sahədəki təcrübəsini yaxından öyrənərək, eyni zamanda, Azərbaycanın reallıqlarını, parlamentarizm ənənələrini də nəzərə alıblar.
Komitə sədri bildirib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Sənəd deputatların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputatların fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması, deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsi məqsədilə hazırlanıb.
Sonra deputat Vüsal Hüseynov qanun layihəsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, layihə lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanunda göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Bildirilib ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin intizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır, qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.
Müzakirələr zamanı çıxış edən deputatlar Azay Quliyev, Fazil Mustafa, Tahir Kərimli, Rövşən Rzayev, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Rafael Cəbrayılov, Hikmət Məmmədov, Əflatun Amaşov, Elman Nəsirov sənədlə bağlı fikirlərini səsləndirib, burada əks olunan məsələlərin aktuallığı və əhəmiyyəti barədə danışıblar.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların səsləndirdikləri fikirlərlə bağlı əsaslandırılmış şəkildə açıqlama verib. Bir sıra məqamlara aydınlıq gətirilib və bildirilib ki, qanun layihəsinin müddəaları Konstitusiyaya əsasən hazırlanıb, burada əks olunan normalar preventiv xarakter daşıyır. Qanun layihəsi rəy üçün parlamentin digər komitələrinə təqdim olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

