Əli Kərimlinin ermənipərəst mərkəzlərin sifarişi ilə keçirdiyi mitinq-şousu fiaskoya uğradı
14.04.2017 [09:22]
Qondarma “Milli şura”nın və AXCP-nin mitinq imitasiyasından hansı qazancları hədəflədiyi radikal düşərgə üzvləri tərəfindən etiraf olunur
“Milli şura” adlanan satqınlar klubunun aprelin 8-də “Məhsul” stadionunda təşkil etdiyi mitinq imitasiyası yenə fiasko ilə nəticələndi. Hələ mitinq-şousundan əvvəl sosial şəbəkələrdə minlərdən, on minlərdən dəm vuran dağıdıcı ünsürlər “tamaşa” zamanı “izləyicilərin” sayına baxıb öz vəziyyətlərini bir daha anlamış oldular.
Qondarma “Milli şura”nın, eləcə də AXCP-nin “birləşmiş gücləri”nin “Məhsul” stadionunun ondan birini belə doldura bilməməsi radikal dağıdıcıların özləri tərəfindən də etiraf olundu, “Məhsul fiaskosu” sosial şəbəkələrdə lağ obyektinə çevrildi.
Ən yaxın çevrəsi belə artıq Əli Kərimlini qəbul etmir
Bir zamanlar Ə.Kərimlinin ən yaxın çevrəsində yer alan Sahib Kərimli də artıq öz sədrini istefaya səsləyir. Sosial şəbəkədə “Əli Kərimli, istefa verin” deyə yazan S.Kərimli cəmiyyətdən mitinqə dəstək gəlmədiyini, həmişəki adamların iştirak etdiyini bildirib: “Təşkilat (AXCP) və onun işi zəifdir. Liderin (Əli Kərimli) reytinqi aşağıdır, insanlar güvənmirlər. AXCP strukturları tamamən zəifləyib, təcrübəli adamlar yanlış idarəetmə nəticəsində partiyadan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıblar. Əli Kərimli illərdir uğursuz fəaliyyət göstərir, heç kim onun nə zamansa nəticə əldə edəcəyinə inanmır. Cəmiyyəti inandırmaq üçün ən əvvəl yaxın çevrəni inandırmalısan. AXCP kimi təşkilata rəhbərlik edən şəxsin keçmişdən bu günə dostu və ya ona sayğı göstərən bir həmkəndlisi, sinif yoldaşı, iş yoldaşı, tələbə yoldaşı olmayıbsa, hərəkat yoldaşının qalmamasında təəccüblü heç nə yoxdur”.
Radikal düşərgəyə yaxın olan Aslan İsmayılov da sosial şəbəkədə mitinqə eyni adamların çıxdığını etiraf edib. O bildirib ki, “Siz mənə deyin hansı müxalifət liderinin yanında parlaq bir sima var?! Bu illər ərzində hansı müxalif partiyada lideri dəyişib? Heç birində. Formal olaraq dəyişmələri də görürük”.
A.İsmayılov dağıdıcı ünsürlərin, öz təbirincə desək, erməni lobbisinə və digər xarici maraqlı qüvvələrə xidmətçilik etdiyini yaxşı bilir və “sem dayılarına”, “seyid ağalarına”, “dyadya vasyalara” qulluq göstərdiyini etiraf edir, onların pulu ilə xalqa düşmən kəsilən dostlarını - “beşinci kolon”u bu ifadələri ilə bir daha ifşa edir. Elə sosial şəbəkədə Samir Kazımlı adlı istifadəçi də bu məqama işarə vuraraq status paylaşıb. Belə ki, S.Kazımlı “Ayın (aprelin) 7-də axşam qara qüvvələrin - ABŞ-ın, Avropanın adamları mənə zəng vuraraq içməyə dəvət etdilər və mən də gedib içdim. İçəndən sonra bildim ki, ayın 8-i mitinqdir. Artıq gec idi, sonra gəlib evdə içməyə davam etdim. Və içdiyimə görə də mitinqə getmədim, günaha batmaq istəmədim, axirətdəki məhkəmədən qorxdum. Günahın hamısı ABŞ-la Avropadadır))” - deyə yazıb.
Eldəniz Quliyevi statuslarını silməyə məcbur edən həqiqətlər...
Qeyd etdiyimiz kimi, mitinq-şousunun iştirakçılarının sayı məsələsində oxu daşa dəyənlər az sonra sosial şəbəkələrdəki “təbliğat yalanlarını” silməyə başladılar. Öz biabırçılıqlarını ört-basdır etmək üçün yenidən ağzına su alanlar onlara yönələn sualları belə cavablandırmaqda acizdirlər. Məsələn, “Müsavat” fəalı Saday Hacılı Eldəniz Quliyevə sual ünvanlayıb: “Mitinqlə bağlı təbliğat statuslarını silməkdə məqsədiniz nə olub?”. Başqa bir sosial şəbəkə istifadəçisi Murad Hacıyev də E.Quliyevə “stadiona sığmayacaqdı deyirdi, yoxdu artıq o status” deyə yazıb.
Ən maraqlısı isə Əli Kərimlinin “qorxulu röyası” sayılan Xədicə İsmayılova ilə bağlı baş verənlərdir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, X.İsmayılova Ə.Kərimlinin qarşısına şərt qoyub. O, E.Quliyevin mitinqin təşkilat komitəsinə salınmasını, tribunada dayanmasını “yasaq” edib. Ə.Kərimli də qorxusundan bu şərti yerinə yetirib və E.Quliyevə hətta mitnq-şousuna yaxından baxmağı belə qadağan edib. Erməni lobbisi ilə Əli Kərimlinin münasibətlərinin istiləşməsinə “yardımçı” olan X.İsmayılova bununla bir daha Ə.Kərimlinin üzərində hakimi-mütləq olduğunu isbat etmiş oldu...
3000 dollarlıq “şəkil+saxta vəsiqə” kampaniyası davam edir...
Bu mitinq imitasiyası Ə.Kərimliyə özünün “mühacir biznesi”nin “inkişafı” baxımından da sərf etdi. Belə ki, tribunaya yaxın yerdə şəkil çəkdirib, Ə.Kərimlidən saxta sənəd alaraq xaricə üz tutmağa niyyətlənən hər kəs yenidən “iş başındadır”. Daha doğrusu, bu “şəkil+saxta vəsiqə” həmin şəxslərə 3000 dollara başa gəlir. Ə.Kərimli öncədən hazırladığı siyahıya əsasən bəlli şəxslərə mitinqdə şəkil çəkdirməyə imkan yaradır və onların saxta mühacir adı əldə etməsinə “kömək” göstərir.
Qeyd edək ki, mitinq-şousundan sonra KİV-lərə müsahibəsində Sahib Kərimli də öz sədrinin partiyasının üzərindən, eləcə də mitinqlər vasitəsilə, saxta sənəd və mühacirət vasitəsilə pul qazandığını önə çəkib. O bildirib ki, məhz bu yolla qazanılan pullarla Ə.Kərimli övladlarını xarici ölkələrdə oxudur, İngiltərədə yaşadır. S.Kərimli qeyd edib ki, sadə AXCP üzvləri bütün bunları görür. Elə bu səbəbdəndir ki, artıq Ə.Kərimlinin ətrafında kimsə qalmayıb.
Bu mitnq-şousuna adam toplaya bilməyən Ə.Kərimli yenidən radikal dindarlara üz tutub. Bir tərəfdən Qərbin qoltuğuna sığınan, eləcə də ermənipərəst mərkəzlərin əmrində çalışan Ə.Kərimli digər tərəfdən də radikal qruplaşmalara qucaq açır. Dövlətçiliyə düşmən kəsilən Əli Kərimli və başının dəstəsi bir daha öz kimliyini cəmiyyətə nümayiş etdirir. Bir zamanlar təşkil etdiyi mitinqdə terrorçu İŞİD-in bayrağını qaldıran Ə.Kərimlinin budəfəki tamaşasında da “qara bayraqlar”ın sayı kifayət qədər idi. Bu isə yalandan özünü demokrat adlandıran Ə.Kərimlinin məkrli xislətinin üstünə işıq salmış olur...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

