/ / Siyavuş Novruzov: Aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və hər an alışa bilər
Siyavuş Novruzov: Aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və hər an alışa bilər
01.04.2017 [09:20]
“Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, Ali Baş Komandanın uzun illərdir orduya göstərdiyi diqqəti, ordunun müasir silahlarla təchiz olunmasını, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini və ruh yüksəkliyini, ordu-xalq birliyini və xalq-iqtidar birliyini bariz şəkildə nümayiş etdirdi”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov xatırladıb ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib: “Cənab Prezident ümumilikdə aprel döyüşləri ilə bağlı gedişata qiymət verdi, həmçinin gələcəkdə qarşıda duran vəzifələr haqqında danışdı. Hesab edirəm ki, bu, vacib bir məsələdir. Çünki aprel döyüşləri son 20 ildə bizim tariximizdə mühüm əhəmiyyət kəsb edən döyüşlərdən biridir. İndiyə qədər düşünürdülər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, lakin aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və hər an alışa və çox ağır nəticələr verə bilər. Azərbaycan gənclərinin Dağlıq Qarabağa üz tutması, vətəndaşlarımızın könüllü olaraq ordu sıralarına yazılmaqla bağlı müraciətlər etməsi və hamının bir nəfər kimi Ali Baş Komandanın bu siyasətini dəstəkləməsi Dağlıq Qarabağ münaqişəsinin gələcəkdə də həll olunmamış qalmasının mümkünsüzlüyünü göstərdi”.
Millət vəkili vurğulayıb ki, aprel döyüşləri nəticəsində son bir il ərzində Ermənistanda ictimai-siyasi sabitlik tamamilə pozulub: “Ermənistan ictimaiyyətində həm siyasi, həm hərbi, həm də iqtisadi və sosial vəziyyət baxımından böyük gərginlik yaşanır. Artıq erməni anaları öz övladlarını döyüşə göndərmək, onların Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçmələrini istəmirlər. Ermənistanda keçiriləcək seçkilərdə də müxalifəti təmsil edən bir sıra partiyalar və onların tanınmış nümayəndələri, o cümlədən keçmiş prezidentlər, baş nazir və başqa-başqa strukturlarda rəhbər vəzifələrdə çalışmış şəxslər də Azərbaycan torpaqlarının işğalından əl çəkilməsini və Azərbaycanla əlaqələrin qurulmasını əsas şüar olaraq öz seçki platformalarına daxil ediblər. Aprel döyüşlərinin nəticəsi budur. Yəni bir il ərzində Ermənistan ictimaiyyətinin böyük hissəsi artıq Azərbaycanla sülh danışıqlarına getməyi, Azərbaycanla əlaqələrin qurulmasını istəyir və Ermənistanın düşdüyü ağır durumdan çıxmasını məhz bu yolda görürlər”.
S.Novruzov bildirib ki, Prezident İlham Əliyev də çox düzgün olaraq bugünkü (dünənki - red.) görüşdə həmin məsələlərə toxundu, azərbaycanlıların öz dədə-baba torpaqlarına, hətta qədim torpaqlarına qayıdacağı mesajını bilavasitə çatdırdı.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

