Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

01.04.2017 [09:06]

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri tərəfindən təbriklər gəlməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Vatikan Müqəddəs Taxt-Tacının Pontifik Şurasının sədri Canfranko Ravazi, BMT-nin Ərzaq Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva təbrik ediblər.
Xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə Azərbaycanın Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Fransanın “Thales Alenia Space” şirkətinin prezidenti Jan-Lö Qalle də təbrik məktubları ünvanlayıblar.
Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31