Bakıda Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib
31.03.2017 [09:46]
Martın 30-da Bakıda Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə iki ölkə arasında əlaqələri əks etdirən fotosərgi nümayiş olunub.
Qəbulda çıxış edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyib. Səfir bildirib ki, 2000 il əvvəl təməli qoyulmuş qədim İpək yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub. 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açdı.
Səfir deyib: “Mən Azərbaycan xalqının Ümummilli lideri, Çin xalqının yaxın dostu, iki ölkə arasında dostluq əlaqələrinin təməlini qoyan Heydər Əliyevin adını çəkməyi özümə borc bilirəm. Heydər Əliyev Çinə səfəri zamanı ölkələrimiz arasında əlaqələrin təməlini qoyub. Heydər Əliyevin Çinin Azərbaycandakı səfirliyinin binasının açılışında etdiyi çıxışı unutmaq olmur”.
Vey Cinhua qeyd edib ki, son iki ildə Çin-Azərbaycan əlaqələri sürətli inkişaf mərhələsinə daxil olub. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə birgə İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalandı. Bu, iki ölkə arasında münasibətləri daha da gücləndirib.
Qəbulda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi münasibətilə Azərbaycan hökuməti adından təbriklərini, hər iki xalqa tərəqqi, əmin-amanlıq, sülh və rifah arzularını çatdırıb. Nazir deyib ki, 25 il öncə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının dünya dövlətləri, xüsusilə Çin Xalq Respublikası kimi qüdrətli ölkə tərəfindən tanınması mühüm əhəmiyyət kəsb edirdi və biz bu dəstəyə görə Çin dövlətinə, xalqına daim minnətdarıq. Sevindirici haldır ki, ötən müddət ərzində dövlətlərimiz arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Son illər ölkələrimiz arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edib.
“Çin Xalq Respublikasının ölkəmiz üçün xüsusi milli maraq kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini, ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk”, - deyə Ramin Quluzadə qeyd edib.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

