/ / Pakistan qəzeti Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirakına xüsusi buraxılış həsr edib
Pakistan qəzeti Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirakına xüsusi buraxılış həsr edib
30.03.2017 [09:42]
Pakistanın “Election Times” qəzetinin xüsusi buraxılışı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Sammitində iştirakına həsr edilib.
Buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammitdəki çıxışına, Azərbaycan-İƏT əlaqələrinə və ölkəmizin bu təşkilat çərçivəsindəki fəaliyyətinə geniş yer verilib.
Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin hər iki ölkəni birləşdirdiyini, qardaşlıq və həmrəyliyin göstəricisi kimi Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyinə görə Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmadığını vurğulayıb. Prezident, həmçinin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdiyini diqqətə çatdırıb, Xocalı soyqırımını tanıdığına görə Pakistan Senatına, bu ölkənin rəhbərliyinə təşəkkürünü bildirib.
Prezident Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, habelə İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatların müvafiq qətnamələrini xatırladıb, Ermənistanın sanksiyalara məruz qalmalı olduğunu diqqətə çatdırıb.
İslamofobiyanın ən ciddi təhlükələrdən biri olduğunu qeyd edən Azərbaycan Prezidenti Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayıb.
Xüsusi buraxılışda verilən “Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti” sərlövhəli məqalədə isə budəfəki Sammit çərçivəsində ticarət, enerji, turizm, sənaye, ətraf mühit və digər sahələrlə bağlı müzakirələrin getdiyi və birgə qərarların qəbul edildiyi diqqətə çatdırılır.
Müəllif Sammit çərçivəsində qəbul edilən “İƏT: Gələcəyə Baxış - 2025” sənədində üç əsas prinsipi - davamlılıq, inteqrasiya və əlverişli mühiti qeyd edir. Sammitin yekununda qəbul olunan İslamabad Bəyannaməsində isə regiondakı münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki iqtisadi inkişafa və layihələrin tam gücü ilə həyata keçirilməsinə maneçilik törətdiyi vurğulanır.
Məqalədə Azərbaycan Prezidentinin Pakistana səfəri çərçivəsində bu ölkənin Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlərə də yer verilir. Baş nazir Məhəmməd Nəvaz Şəriflə keçirilən görüşdə İslamabad Bəyannaməsinin və “İƏT: Gələcəyə Baxış - 2025” sənədinin təşkilatın gələcək fəaliyyəti üçün yol xəritəsi olacağı qeyd edilir, həmçinin Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud potensialı əks etdirmədiyi, yaxın gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə böyük ümidlərin olduğu vurğulanır. Tərəflər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunması barədə də razılığa gəliblər.
Məqalədə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevə Kəşmir məsələsindəki dəstəyə görə təşəkkür etdiyi, öz növbəsində Pakistanın da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki prinsipial mövqeyini davam etdirəcəyi diqqətə çatdırıb. Görüş çərçivəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair sazişin imzalandığı da bildirilir.
Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın dövlət başçısı Məmnun Hüseynlə görüşünə toxunur və görüşdə iki ölkənin Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birinə verdiyi qarşılıqlı dəstəkdən razılıq ifadə olunduğunu qeyd edir. İqtisadi əlaqələrin, eləcə də ticarət dövriyyəsinin genişləndirilməsinin vacibliyinin vurğulandığı diqqətə çatdırılır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40

