/ / Forum çərçivəsində keçirilən paneldə terrorizmlə mübarizədə yeni üsul və strategiyalardan danışılıb
Forum çərçivəsində keçirilən paneldə terrorizmlə mübarizədə yeni üsul və strategiyalardan danışılıb
17.03.2017 [10:15]
Beşinci Qlobal Bakı Forumu çərçivəsində “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq olunmalıdır?” mövzusunda panel keçirilib.
AZƏRTAC xəbər verir ki, panelin moderatoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin bildirib ki, hazırda dünyada terrorizmin qurbanlarının əksəriyyəti müsəlmanlardır. “Terrorizmin Qərb ölkələrinə təsiri olsa da, bu bəladan əsasən müsəlman ölkələri əziyyət çəkirlər. Terrorizmdən zərər çəkənlər də, onunla mübarizə aparanlar da müsəlmanlardır”, - deyə o qeyd edib.
İordaniya Senatının sədri Feysal əl-Fayez qeyd edib ki, terrorizm heç bir halda dinlə bağlı deyil. Terrorizmin yaranma səbəblərindən danışan Senatın sədri əsas diqqətin cəmiyyətdə ədalətin bərqərar edilməsi, mədəniyyətin inkişafı, əhalinin təhsil səviyyəsinin artırılması, gənclərin düzgün tərbiyə olunması amillərinə yönəldilməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, terrorizmin qarşısını almaq üçün insanlarda vətəndaşlıq hissləri aşılanmalı, dini təbliğ dəyişdirilməli, İslam dini düzgün şəkildə təqdim edilməlidir. Çünki İslam dini deyir ki, bir şəxs başqasını öldürərsə, o, bütöv bəşəriyyəti öldürmüş olar.
Fələstinin Baş nazirinin müavini Ziyad Abu Amr ölkəsinin də illər boyu terrorizmdən əziyyət çəkdiyini qeyd edib. O, eyni zamanda, dövlətlərin terrora dəstək verməsinin çox təhlükəli olduğunu, terrorizmin bir alətə çevrilməsinə gətirib çıxardığını önə çəkib.
Regionda baş verənlərin bütün Yaxın Şərqin ictimai-siyasi həyatını dəyişdiyini vurğulayan Liviyanın xarici işlər naziri Mohammed Dayri ölkəsində terrorizmlə mübarizə tədbirləri barədə məlumat verib. Nazir hazırda dünyada İslamın terrorla bağlı din kimi təqdim edilməsinin təəssüf doğurduğunu, bunun kökündən dəyişdirilməsi üçün bütün müsəlman ölkələrinin birgə səylər göstərməli olduğunu diqqətə çatdırıb.
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattininin fikrincə, bəşəriyyət hazırda yalnız terrorizmə reaksiya verməklə kifayətlənir. Hətta “terrorizm nədir” sualına tam cavab yoxdur. Halbuki qabaqlayıcı tədbirlər mütləq görülməlidir. Sabiq nazir vurğulayıb ki, İslam dininin terrorizmlə heç bir əlaqəsi yoxdur. “İŞİD sadəcə pul qazanmaq üçün dindən istifadə edir, narkotik, qanunsuz neft satışı, insan alveri ilə məşğul olur”, - deyən F.Frattini “İslam terrorizmi” ifadəsini işlətməyin yanlış olduğunu vurğulayıb. “Bu, sadəcə terrorizmdir. Tolerantlıq, qarşılıqlı əməkdaşlıq, etimad olmadan terrorla mübarizədə heç bir uğura nail olmaq mümkün deyil. Biz bərabər işləməliyik”, - deyə o vurğulayıb.
İranın sabiq xarici işlər naziri Mənuçöhr Mottaki terrorizmi qloballaşma prosesinin yan təsirlərindən biri kimi şərh edib. “Ekstremizm qloballaşmanın qaranlıq tərəflərindən biridir. Keçmişdə terrorizm çox dar çərçivədə idi. Qloballaşma nəticəsində isə terrorizm beynəlxalq fenomenə çevrildi və artıq təkcə bir ölkəni deyil, bütün dünyanı əhatə edir”, - deyə sabiq nazir bildirib. Onun sözlərinə görə, əvvəllər terrorçular mediaya çıxmaq üçün can atırdılarsa, indi media özü onlara can atır və asanlıqla çıxış əldə edir.
Əfqanıstanın sabiq vitse-prezidenti Kərim Xəlili ölkəsinin 20 ildən çoxdur ki, terrorizmlə mübarizə apardığını deyib: “Əvvəllər ölkəmiz işğala qarşı mübarizə aparırdı, indi terrorizm bizim bir nömrəli düşmənimizdir”.
“Terrorizm çox ciddi, universal bir təhdiddir”, - deyən məruzəçi terrorizmə vahid, razılaşdırılmış tərifin verilməsinin vacibliyini qeyd edib və yalnız bundan sonra birgə mübarizə üsullarının yaradılması ətrafında işlərin görülməsindən danışmağın mümkün olduğunu söyləyib.
Albaniyanın sabiq Prezidenti Recep Meydani deyib ki, sosial layihələri azaltmaq deyil, əksinə daha da artırmaq lazımdır. Çünki sosial mühitin pisləşməsi, yoxsulluğun artması terrorizmin daha da genişlənməsinə gətirib çıxarır. Ekstremist qruplar belə təbəqədən olan insanları asanlıqla öz sıralarına cəlb edirlər. Onlar, həmçinin müasir mediadan məharətlə istifadə edərək insanlar arasında qorxu və xof mühiti yaradırlar. Terrorçular sosial şəbəkələr vasitəsilə istədikləri kommunikasiya məqsədlərinə nail ola bilirlər.
Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09

