/ / Ekspert: Prezident İlham Əliyevin Fransaya səfəri ölkələr arasında əməkdaşlığın daha da inkişafına mühüm impuls verəcək
Ekspert: Prezident İlham Əliyevin Fransaya səfəri ölkələr arasında əməkdaşlığın daha da inkişafına mühüm impuls verəcək
16.03.2017 [10:07]
“Prezident İlham Əliyevin son rəsmi səfərlərinin təhlilini apararkən ilk növbədə belə nəticəyə gəlmək olar ki, dövlətimizin başçısı balanslı siyasət yürüdərək Azərbaycanın dünya birliyindəki əhəmiyyətli mövqeyini nümayiş etdirir”.
Bu fikirləri “Trend”ə siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərini şərh edərkən deyib.
Siyasi ekspertin sözlərinə görə, diqqətçəkici məqamlardan biri də budur ki, Prezident İlham Əliyev bir müddət öncə körfəz ölkələrinə rəsmi səfərlər etdi və hazırda bu tendensiya Avropa ölkələri üzrə davam edir: “Bütün bu kimi faktorlar isə ölkə başçısının dünyanın siyasi arenasında balanslı siyasət yürütməsinin müsbət göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidentinin sözügedən istiqamətdə mövqeyi isə, əlbəttə ki, Onun nüfuzunun artmasına, ölkəmizin digər ölkələr tərəfindən əhəmiyyətli olaraq qəbul edilməsinə zəmin yaradır. Bu baxımdan, cənab Prezidentin Fransa səfəri də özündə bu kimi mühüm amilləri əhatə edir”.
Dövlət başçısının Fransaya rəsmi səfəri zamanı aparılan danışıqlar və əldə edilən razılaşmalara toxunan B.Quliyev qeyd edib ki, bu səfər ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls verəcək: “Söz yox ki, Azərbaycanla Fransa arasında uzun illərdir formalaşdırılmış güclü siyasi əlaqələr mövcuddur və bu əlaqələr inkişaf şəbəkəsini daha da genişləndirir. Əbəs yerə deyil ki, Fransa dövlətinin siyasi rəhbərliyi, o cümlədən biznes dairələri, nüfuzlu şirkətləri Prezident İlham Əliyevin səfərinə kifayət qədər maraq göstərib. Çünki Azərbaycan dünyanın iqtisadi fonunda lider dövlətlər sırasında yer almaqla yanaşı, nəhəng layihələrin təşəbbüskarı və icraedicisi rolunu öz üzərinə götürüb və ardıcıl uğurlara imza atır”.
Azərbaycan rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin, eyni zamanda, regionda yeni əməkdaşlıq formatının yaranmasına şərait yaratdığını deyən siyasi ekspert əlavə edib ki, bu fonda artıq XXI əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi”ni göstərmək mümkündür: “Belə ki, bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir. Əlbəttə ki, Avropa bu cür əlverişli layihədən kənarda qala bilməz. Dünyada baş verən iqtisadi böhranı nəzərə alsaq, Azərbaycanın bu qədər böyük potensiala malik olması Avropa üçün bir xilas mənbəyidir. Ümumiyyətlə, əlverişli coğrafi mövqeyə malik, Asiya və Avropa arasında yerləşən və müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan iqtisadi potensialı ilə yanaşı, həm də regionun nəqliyyat qovşağına çevrilib. Artıq bu, bir aksiom kimi qəbul edilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

