Parisdə Azərbaycan Prezidenti İlham Əliyevə dəstək aksiyası keçirilib
15.03.2017 [10:09]
Avropada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək nümayiş etdirmək məqsədilə martın 14-də Fransanın paytaxtı Parisin Joffr meydanında - Sülh divarının yaxınlığında aksiya keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, mitinqdə 400-dən çox həmvətənimiz iştirak edib. Aksiyada “Paris Azərbaycan Evi”nin rəhbəri və Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin üzvü Jan Fransua Mansel, Assosiasiyanın İdarə Heyətinin üzvləri Jerom Begən, Fransa Senatının üzvləri Natali Qule, Andre Reyşar, diaspor fəalları Adela Naibova, Rza Zeyniyev və digərləri çıxış edərək Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətinə dəstək nümayiş etdirib, Azərbaycan dövləti ilə həmrəy olduqlarını bildiriblər.
Mitinq iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan güclü orduya, inkişaf edən iqtisadiyyata və yüksək beynəlxalq nüfuza malik dövlətdir.
Aksiyada, həmçinin beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirmək, Xocalı soyqırımına hüquqi qiymət vermək tələb olunub. Mitinqdə iştirak edənlər bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.
Həmçinin qeyd olunub ki, Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olan Fransa ilə ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarının, hökumət və parlament nümayəndələrinin qarşılıqlı səfərləri, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı bu əməkdaşlığın daha da genişləndirildiyini göstərir.
Əllərində Azərbaycan və Fransa bayraqları tutan mitinq iştirakçıları “Cənab Prezident, biz Sizi dəstəkləyirik!”, “Ermənistan, işğaldan və terrordan əl çək!”, “Biz torpaqlarımızı hökmən azad edəcəyik!”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!”, “Terrora və soyqırımına yox deyirik!” kimi şüarlar səsləndirib, plakatlar qaldırıblar.
Mitinqin sonunda iştirakçıların bəyanatı oxunub. Aksiya zamanı yerli sakinlərə və şəhərin qonaqlarına Azərbaycan həqiqətlərini əks etdirən broşürlər paylanılıb.
Aksiya “Paris Azərbaycan Evi”nin təşkilatçılığı, eləcə də Nantda fəaliyyət göstərən Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası, Le Mans, Le Val, Anji şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmalarının dəstəyi ilə baş tutub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

