/ / “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvlərinə Azərbaycandakı multikulturalizm mühiti barədə məlumat verilib
“Salaam Şalom Qardaşlığı” təşkilatının üzvlərinə Azərbaycandakı multikulturalizm mühiti barədə məlumat verilib
14.03.2017 [09:52]
Azərbaycanda səfərdə olan, antisemitizm və islamofobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri martın 13-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, qonaqlar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevlə görüşüblər.
Dövlət müşaviri Azərbaycan haqqında daha çox öyrənmək istədiklərinə, xalqımızın milli-mənəvi dəyərləri ilə yaxından tanış olmağı arzuladıqlarına görə qonaqlara minnətdarlığını bildirib və onların ölkəmizdən gözəl təəssüratlarla ayrılacağına ümidvar olduğunu deyib.
Kamal Abdullayev Azərbaycanda mövcud olan multikultural mühitə diqqəti yönəldərək deyib: “Xaricdən ölkəmizə gələn qonaqlar Prezident İlham Əliyevlə görüşərkən öz heyrətlərini gizlədə bilməyərək soruşurlar: necə olur ki, Azərbaycanda yəhudilər, xristianlar, müsəlmanlar və eləcə də onlarla xalqın nümayəndəsi bir arada dostcasına, heç bir konflikt olmadan yaşaya bilir? Azərbaycan Prezidenti isə cavabında onların sualına sualla cavab verir: “Başqa cür necə ola bilər?” Məhz bu - “Başqa cür necə ola bilər” sualı Azərbaycan multikulturalizminin canını təşkil edir. Başqa konfessiyalar, başqa xalqların nümayəndələri olmadan biz öz birgəyaşayışımızı, həyatımızı təsəvvür etmirik. Azərbaycan Prezidenti 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli” elan etmişdi. Həmin il çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 15-ə yaxın ölkəsində Azərbaycan multikulturalizmi fənninin tədrisini aparıb, kitablar nəşr edib, müxtəlif ölkələrdə bu qurumun filialları açılıb, beynəlxalq multikulturalizm qış və yay məktəbləri təşkil olunub. 2017-ci il isə dövlətimizin başçısının Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan olunub. “İslam Həmrəyliyi İli” “Multikulturalizm İli”nin məntiqi davamı hesab oluna bilər. Prezident İlham Əliyev “İslam Həmrəyliyi” dedikdə həm İslamdaxili, həm də İslam dini ilə digər konfessiyalar arasındakı harmoniyanı nəzərdə tutur. Bu baxımdan İslam həmrəyliyi deyildikdə dinlərarası həmrəylik nəzərdə tutulur”.
Akademik Kamal Abdullayev Azərbaycanda mövcud olan yəhudi icmaları haqqında qonaqlara məlumat verib və bildirib ki, ölkəmizdəki yəhudilər sərbəst şəkildə ibadət edir, öz dini bayramlarını layiqincə qeyd edirlər.
Dövlət müşaviri yəhudi ravvinlə bağlı ibrətamiz hekayəni qonaqların diqqətinə çatdırıb: “Dövlət müşavirliyinə yeni təyin olunanda işimlə əlaqədar bölgələrdə məscidlərdə, kilsələrdə, sinaqoqlarda oldum. Sinaqoqların birində bir ravvinlə rastlaşdım. O, mənə maraqlı əhvalat danışdı. Bu əhvalatın birinci hissəsi belədir: Normal həyatı, ailəsi olan bir ravvin Avropada sinaqoqların birində çalışırmış. Bir gün rəhbərlik ona deyir ki, vəzifəsini Azərbaycandakı sinaqoqda davam etdirməlidir. Bu, təxminən 8-9 il əvvəl baş verib. Ravvin dəhşətə gəlir və göz yaşları içərisində rəhbərliyə xahiş edərək müsəlman ölkəsi olan Azərbaycanda qətiyyən çalışmaq istəmir. Rəhbərlik onun etirazını qəbul etmir və o, məcburən Azərbaycana göndərilir. Bununla mənim hekayətimin birinci hissəsi bitir. İkinci hissədə nə baş verdiyini danışmayacağam, siz onu özünüz təsəvvür edəcəksiniz. Üçüncü hissə bir cümlədən ibarətdir: həmin ravvin hazırda Azərbaycan vətəndaşı olmaq üçün hökumətimizə ərizə ilə müraciət edib. Azərbaycan multikulturalizmi budur. Azərbaycan multikulturalizminə xoş gəldiniz!”
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov, BBMM-in müşaviri professor Aytən Qəhrəman təşkilatla gələcək əməkdaşlığın genişləndirilməsi yollarından və bunun birgə perspektiv layihələrə zəmin yaradacağından söz açıblar.
“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndəsi xanım Şeril Olitzkiy təmsil olunduğu qurumun əsas məqsədlərindən birinin xalqlar arasında sülhü yaymaq olduğunu vurğulayıb.
Təşkilatın digər nümayəndələri də çıxışlarında Azərbaycanın dünyaya örnək sayılacaq multikultural dəyərlərə, tolerantlıq mühitinə malik olduğunu bildiriblər, eyni zamanda, Azərbaycanla təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

