“The Washington Times”: “Azərbaycanın xeyirxah xanımı”
08.03.2017 [12:05]
“The Washington Times” qəzetində “Caspian Group Holdings”in direktoru Rob Sübhaninin “Azərbaycanın xeyirxah xanımı” sərlövhəli məqaləsi dərc edilib. Materialda Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək insani keyfiyyətlərindən və xeyriyyəçilik fəaliyyətindən bəhs edilir.
Müəllif Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu yaxınlarda ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsinin mədəni, iqtisadi və siyasi baxımdan əsaslandırılmış olmasından söhbət açaraq “Azərbaycanın Şekspiri” Hüseyn Cavidin aşağıdakı misralarını sitat gətirir:
“Gəzdim, dolaşdım, uğradım hər elə,
Mən böylə bir qadın görmədim hələ.
Böyüklükdə, mərhəmətdə seçilmiş,
Alicənablıq boyuna biçilmiş”.
Müəllif yazır ki, müsəlman dünyasında qadınlar gender bərabərliyi və mühüm qərarlar qəbul edilən masa arxasında yer uğrunda mübarizə apardıqları bir vaxtda Azərbaycan bu yüksək vəzifəyə qadını təyin etməklə tarixi əhəmiyyətli sıçrayış edib.
“Belə bir islahatçının, ağıllı və uzaqgörən siyasi xadimin bu vəzifəyə təyin olunmasını nə üçün dəstəkləmək lazımdır?”, - deyə soruşan müəllif öz sualına özü cavab verir: Əgər biz islam ekstremizmi problemini uğurla həll etmək istəyiriksə, onda müsbət və nikbin alternativlər tapmalı və onları dəstəkləməliyik. R.Sübhani vurğulayır ki, xanım Əliyevanın uğurları bütün müsəlman dünyasında ibrət götürülməyə layiq nümunə ola bilər.
Ekspert yazır ki, Mehriban xanım çox cəhətdən, mənsub olduğu millətinin əsas dəyərlərini özündə cəmləşdirir. Adının hərfi mənası “xeyirxah xanım” demək olan Mehriban xanım dini tolerantlığın fundamental əsasını təcəssüm etdirir. O, bütün dinlərə münasibətdə tolerantlığın tərəfdarıdır. Azərbaycanda müsəlman, xristian, yəhudi və digər konfessiyaların nümayəndələri dinc yanaşı və həmrəylik şəraitində yaşayır. Məsələn, yəhudi icması Azərbaycanın paytaxtı Bakıda yeni sinaqoq tikilməsini qərara alanda Mehriban xanım bu qərarı bütünlüklə dəstəkləmişdi.
Müəllif daha sonra Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri kimi xeyriyyəçilik fəaliyyəti, o cümlədən Pakistanda zəlzələdən sonra bu ölkənin ucqar bir rayonundakı məktəbin bərpası üçün yardım etməsi barədə yazır. Məqalədə, həmçinin Merilend ştatının Montqomeri dairəsində fiziki imkanları məhdud olan uşaqlara xidmət edən və Heydər Əliyev Fondundan ianələr alan “Longview” məktəbində xeyriyyə aksiyasında Azərbaycanın birinci xanımının iştirak etməsi də qeyd olunur. Vaşinqtonun ən yoxsul sakinlər yaşayan məhəllələrindəki gənclər məktəbdə oxuduqları son il ərzində təcrübə keçmək üçün Mehriban xanımın sayəsində təqaüd alırlar. Bu layihə Heydər Əliyev Fondu ilə Vaşinqtondakı “Urban Alliance” təşkilatının tərəfdaşlığı nəticəsində reallaşdırılıb.
R.Sübhani məqalənin sonunda yazır ki, Yaxın Şərqin çox yerində qadın hüquqlarının tapdalanması davam etdiyi bir vaxtda Azərbaycanın “xeyirxah xanımı”nın Birinci vitse-prezident vəzifəsinə təyin olunması Birləşmiş Ştatlar tərəfindən alqışlanmalı və dəstəklənməlidir.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

