İran-Azərbaycan əlaqələri bütün region üçün önəmlidir
08.03.2017 [11:44]
Prezident İlham Əliyev: Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əhəmiyyətli amillərdən biri də regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır.
Qeyd etmək lazımdır ki, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan da öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada İran İslam Respublikası ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bütövlükdə isə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməklə yanaşı, regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan, Azərbaycan-İran münasibətlərinin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, İran da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, İran-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Azərbaycan ilə İran arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur
Vurğulamaq yerinə düşər ki, Azərbaycanla İran regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Hər iki ölkə BMT, İƏT, EKO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində səmərəli əlaqələrinin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər.
Şübhəsiz, hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Sıx əməkdaşlıqdan doğan qarşılıqlı faydalı münasibətlər gələcəkdə regionda hər iki ölkənin iştirakı ilə yeni əməkdaşlıq platformalarının yaradılmasını mümkün edir.
Qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır
O da qeyd edilməlidir ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 5-də İran İslam Respublikasına rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər münasibətlərin inkişafının məmnunluq doğurduğunu deməyə əsas verir. Bütövlükdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri yüksək əhval-ruhiyyədə keçib, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradıb. İranın rəhbərliyi ilə qarşılıqlı anlaşma şəraitində ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın, regionda və dünyada gedən proseslərin geniş spektri müzakirə edilib. Səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.
Yeri gəlmişkən, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatlarla çıxışları zamanı bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı qeyd edib ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir: “Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub. Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir”.
Bəhs olunan səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmir yolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
Azərbaycan-İran münasibətləri regional təhlükəsizliyə strateji töhfədir
Azərbaycan-İran münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də İran regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir.
Azərbaycan-İran münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır. Xüsusilə də, Avrasiya regionunda baş verən hadisələrə münasibətdə hər iki ölkə təhlükəsizlik və əmin-amanlıq tərəfdarı kimi çıxış etməklə konkret mövqe ortaya qoyurlar. Özəlliklə, müsəlman coğrafiyasında cərəyan edən proseslərin sülh və anlaşma şəraitində başa çatmasına dair ortaq mövqe mövcuddur.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir: “Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir”.
Prezident Həsən Ruhani isə deyib ki, Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır.
Onu da vurğulamaq lazımdır ki, Bakı-Tehran münasibətləri konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulub ki, bu da qarşılıqlı faydalı əlaqələr sisteminin strateji əsası qismində çıxış etməkdədir. Eyni zamanda, mövcud münasibətlər sistemi regionda paritet təhlükəsizlik sisteminin formalaşmasına da xüsusi töhfələr bəxş edir.
Azərbaycan ilə İran arasında münasibətlərin pozitiv xarakteristikasından bəhs edərkən hər iki ölkənin beynəlxalq müstəvidə bir-birini dəstəkləməsini də qeyd etmək lazımdır. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı onu da diqqətə çatdırıb ki, biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İran İslam Respublikasına minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır”.
Regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycan-İran əməkdaşlığının strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də hər iki ölkənin tranzit imkanlarıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik bu ölkələr beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir, həmçinin regional təhlükəsizlik və əməkdaşlığa mühüm töhfələr verirlər. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir: “Bu layihə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır”.
Prezident Həsən Ruhani isə bildirib ki, Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır.
Azərbaycan-İran münasibətləri regional əməkdaşlıq formatlarının yaranmasında mühüm rol oynayır
Azərbaycan-İran əməkdaşlığının təhlükəsizlik və inkişafa xidmət edən regional əməkdaşlıq formatlarının yaranmasında strateji rol oynamasına da ayrıca toxunmaq lazımdır. Məlum olduğu kimi, ötən il avqustun 8-də Bakıda Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin iştirakı ilə üçtərəfli Zirvə görüşü keçirilib. Bəhs olunan Zirvə görüşü eyni coğrafiyanı bölüşən üç ölkə arasında yeni əməkdaşlıq formatının əsasını qoyub. Xüsusi nüans budur ki, regionda yeni əməkdaşlıq formatının yaranmasında Prezident İlham Əliyevin liderlik keyfiyyətləri əsas rol oynayıb. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısının irəli sürdüyü fəal təşəbbüslər bir qayda olaraq qonşu ölkələr tərəfindən də yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərin qurulmasında mütləq nəzərə alınır. Elə bəhs olunan Zirvə görüşündəki çıxışlarında da İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentləri Azərbaycanın dövlət başçısının regionda təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın yeni, daha geniş məzmun almasına göstərdiyi səyləri yüksək qiymətləndiriblər. Prezident İlham Əliyevin siyasi iradəsi, çoxşaxəli fəaliyyəti və səyləri özündə bütövlükdə regionun perspektiv inkişafı ilə bağlı yeni hədəfləri və müasir çağırışlarla səsləşən yanaşmaları ehtiva edir.
İqtisadi sahədə əməkdaşlıq yüksələn xətlə inkişaf edir
İki dost ölkə arasında iqtisadi sahədə əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. İki ölkənin müvafiq qurumları, iş adamları vaxtaşırı görüşərək əməkdaşlığın yeni imkanlarını müzakirə edirlər. Mütəmadi qaydada həm İranda, həm də Azərbaycanda keçirilən biznes forumları, konfranslar, sərgilər və bu qəbildən olan digər tədbirlər də iki ölkənin iqtisadi potensialını təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir. Bəhs olunan dövlət komissiyası son vaxtlar iki ölkə arasında əlaqələrin dərinləşməsinə yönələn bir sıra yeni təkliflərlə çıxış edib.
Ümumiyyətlə, Azərbaycanla İran arasında əməkdaşlığın böyük perspektivi var. Hər iki ölkə qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinə və yeni sahələri əhatə etməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İqtisadi sahədə çox gözəl nəticələr var. Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır”.
Onu da qeyd etmək lazımdır ki, hər iki ölkə neft-qaz sektorunda da mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Ümumiyyətlə, Azərbaycan bu sahədə xarici tərəfdaşlarla uğurlu və kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir. Respublikamızın təcrübəsi Xəzər dənizinin region ölkələri üçün böyük iqtisadi dividendlər mənbəyi olmasına yaxşı nümunədir. Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının işlənməsində sahilyanı dövlətlər, o cümlədən İran şirkətləri sərmayədarlar kimi iştirak edirlər. Şübhəsiz ki, gələcəkdə də İranla Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıq inkişaf etdiriləcək. Həmçinin energetika sahəsində əməkdaşlıq da xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, energetika sahəsində böyük uğurlar əldə edilib: “Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısıdır və sərmayədarıdır”.
Beləliklə, regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-İran münasibətləri perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

