/ / Fransanın məşhur xəbər portalında azərbaycanlı alimin Xocalı soyqırımı ilə bağlı məqaləsi yayılıb
Fransanın məşhur xəbər portalında azərbaycanlı alimin Xocalı soyqırımı ilə bağlı məqaləsi yayılıb
28.02.2017 [09:26]
Fransanın nüfuzlu “l’express” portalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Murtəza Həsənovun “Xocalı soyqırımı tarixi və siyasi aspektlər kontekstində” sərlövhəli məqaləsi yayılıb.
AZƏRTAC xəbər verir ki, məqalədə əsrin cinayətinin - Xocalı soyqırımının başvermə səbəbləri, faciənin xronikası, beynəlxalq mətbuatda bu kütləvi qırğınla bağlı yayılan informasiyalar barədə məlumat verilir.
Bildirilir ki, Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. Şəhər çox böyük strateji əhəmiyyətə malik idi və Qarabağdakı yeganə aeroport da məhz burada yerləşirdi.
Yazıda vurğulanır ki, 1992-ci il fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalıya hücum fevralın 25-də axşam keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlandı. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular. Bu qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər həlak oldu. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Faciə nəticəsində 487 nəfər yaralandı ki, onlardan 76-sı uşaq idi. 1275 nəfər əsir götürüldü.
Müəllif faciə dəhşətlərinin dünya mətbuatı tərəfindən işıqlandırıldığını diqqətə çatdırır və bəzi sitatlar gətirir:
“Krua l`Eveneman” jurnalı: “Ermənilər Xocalıya hücum etdilər. Dünya tanınmaz hala salınan cəsədlərin şahidi oldu”;
“The Sunday Times” qəzeti: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar”;
“Le Monde” qəzeti: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”;
“İzvestiya” qəzeti: “Operator qulağı kəsilmiş uşaqları göstərirdi. Qadınlardan birinin sifəti iki yerə bölünmüşdü. İnsanların başlarının dərisi qoparılmışdı”.
Məqalədə, həmçinin bildirilir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrinə tamamilə ziddir.
Qeyd olunur ki, soyqırımının beynəlxalq miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının gördüyü işlər nəticəsində bir sıra ölkələr bu faciə ilə əlaqədar qərar və qətnamələr qəbul ediblər. Lakin bu dəhşətli və qanlı cinayət beynəlxalq ictimaiyyət tərəfindən hələ də öz hüquqi qiymətini almayıb.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilib.
Məqalədə hadisə şahidlərinin fikirlərinə də yer verilir, beynəlxalq cinayət kimi Xocalı soyqırımının hüquqi əsasları təhlil edilir, cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminlik ifadə olunur.
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

