/ / Bahar Muradova: Dünyada gedən proseslərlə bağlı vacib görüşün Bakıda keçirilməsi Azərbaycanın önəmindən xəbər verir
Bahar Muradova: Dünyada gedən proseslərlə bağlı vacib görüşün Bakıda keçirilməsi Azərbaycanın önəmindən xəbər verir
17.02.2017 [10:18]
Dünyada gedən proseslərlə bağlı vacib bir görüşün keçirilməsi üçün məkan olaraq Bakının seçilməsi Azərbaycanın önəmindən xəbər verir.
Bu sözləri ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə Bakıda keçirilən görüşünü AZƏRTAC-a şərh edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
Bahar Muradova deyib ki, əgər bu gün Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası arasında münasibətlərin aspektləri baxımından vəziyyətə nəzər salsaq, bu görüşün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır. Bu münasibətlərin perspektivləri, iki ölkə arasındakı əməkdaşlığın gələcək istiqamətləri, o cümlədən dünyadakı mövcud vəziyyəti nəzərə alsaq, bu görüşün Bakıda keçirilməsi başqa xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər iki tərəf üçün, eyni zamanda, dünyada gedən proseslər baxımından əhəmiyyətli bir görüşün Bakıda keçirilməsi Azərbaycanın önəmindən xəbər verir. Bu, “niyə məhz Bakı” sualını ortaya qoyur. Əvvəla, vurğulamaq lazımdır ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında artıq bir neçə ildir Cənubi Qafqazın İsveçrəsi rolunu oynayır. Bu, Azərbaycanın yürütdüyü müstəqil, beynəlxalq hüququn prinsiplərinə söykənən, qətiyyətli siyasətlə bağlıdır. Biz bütün məsələlərdə, istər regional, istərsə də dünyada gedən beynəlxalq proseslərə münasibətdə birmənalı olaraq beynəlxalq hüququn prinsiplərinə söykənirik. Ən vacib məsələlərin, ən kəskin həddə çatmış problemlərin həlli yolu kimi dialoqu üstün tuturuq və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük veririk. Bu mənada Azərbaycan bu gün dünyanın iki supergüc dövlətinin hər birindən bərabər məsafədə görünür. Yayılan informasiyalarda da Bakının seçilməsi neytral mövqeyə malik olması ilə əlaqələndirilir.
Milli Məclis sədrinin müavini bildirib ki, hər iki dövlət bu qərarı verərkən obyektiv mövqeyi ilə fərqlənən, daim beynəlxalq hüququn prinsiplərinə sədaqət göstərən və başqa ölkələrin siyasi quruluşlarına, adət-ənənələrinə hörmət göstərən bir ölkənin paytaxtını seçməkdə səhv etməyib. Bu, Bakının həm geostrateji, geosiyasi mövqeyi və yuxarıda qeyd edilən parametrlərdən formalaşan imici ilə bağlıdır. Bu görüş hər iki ölkə arasında həlli vacib məsələlərin həlli perspektivlərinə bir işıq salacaq. Bunun da məhz Bakıda baş verməsinin özü çox əhəmiyyətlidir. Bir daha vurğulamaq lazımdır ki, bu, həm də Azərbaycanın hər iki dövlət üçün bərabər məsafədə olan ölkə olduğunu sübut edir. Bunun da əsas səbəbi Prezident İlham Əliyevin yürütdüyü müstəqil, ardıcıl və məqsədyönlü siyasətdir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21

