/ / Avropada yaşayan azərbaycanlılar Münxendə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər
Avropada yaşayan azərbaycanlılar Münxendə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər
17.02.2017 [10:08]
Avropada yaşayan azərbaycanlılar fevralın 16-da Almaniyanın Münxen şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər. Aksiyada 250-dən çox həmvətənimiz iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Münxen Təhlükəsizlik Konfransının keçirildiyi “Bayerişer Hof” otelinin önündə baş tutan aksiyanı Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Nurnberq Mədəniyyət və Təhsil Cəmiyyəti, Münxendə fəaliyyət göstərən türk diaspor təşkilatları birgə təşkil ediblər.
Aksiyada “Xocalıya ədalət!”, “Ermənistan, işğaldan və terrordan əl çək!”, “Biz torpaqlarımızı hökmən azad edəcəyik!”, “Dilqəm Əsgərova və Şahbaz Quliyevə azadlıq!”, “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!”, “Biz terrora və soyqırımına yox deyirik!” kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb.
Tədbirdə çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər. Həmvətənlərimiz Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətini dəstəklədiklərini, Azərbaycan dövləti ilə həmrəyliklərini, torpaqlarımızın işğaldan azad edilməsi üçün əllərinə silah götürməyə hazır olduqlarını bildiriblər. Soydaşlarımız Azərbaycan Prezidentinin münaqişənin həllinə yönəlmiş siyasətinin regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan güclü, beynəlxalq aləmdə öz sözünü deməyə qadir bir dövlət kimi tanınmaqdadır və bu, bütün dünya azərbaycanlılarında qürur doğurur.
Mitinqdə iştirak edən soydaşlarımız bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.
Aksiyada son dövrlərdə Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi mütəmadi olaraq pozmasının, Azərbaycan Ordusunun mövqelərini, habelə yaşayış məntəqələrində mülki əhalini atəşə tutmasının, təmas xəttində təxribatlar törətməsinin dərin narahatlıq doğurduğu vurğulanıb.
Sonda mitinq iştirakçılarının bəyanatı oxunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

