Səməd Seyidov: Ermənistan Azərbaycanın quberniyası ola bilər
16.02.2017 [10:07]
Yerevan bu statusa tam uyğun gəlir
Milli Məclisin fevralın 14-də keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Dövlət Dumasında Liberal Demokrat Fraksiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıqlamalarına da münasibət bildirib. AZƏRTAC komitə sədrinin çıxışının xülasəsini təqdim edir.
Azərbaycanın beynəlxalq birlikdə qazandığı nüfuzun bəzi antiazərbaycan dairələrində həzm edilmədiyini dilə gətirən komitə sədri çıxışında bildirib ki, fevralın 6-da Prezident İlham Əliyevin Brüsselə səfərində əsas məqsəd Avropa İttifaqının rəhbərliyi ilə görüşlər keçirib, strateji əməkdaşlıq çərçivəsində yeni sazişin taleyi haqqında müzakirə və danışıqlar aparmaq idi. Bir məqam xüsusilə vurğulanmalıdır. İlk dəfə Avropa İttifaqı tarixində Şərq Tərəfdaşlığı ölkələrinin biri olan Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq sazişini imzalamaq üçün öz iradəsini ortaya qoyub, Avropa İttifaqı isə bu iradəni, təklifi, fikri qəbul edib. Xüsusilə qeyd etmək istəyirəm ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və başqaları Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünü dəstəkləyərək, ölkəmiz ilə Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələyə qalxması, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin tam şəkildə dəstəklənməsi ilə bağlı bəyanatları ortaya qoyublar. Bununla yanaşı, onlar Azərbaycanın təşəbbüsü olan “Cənub Qaz Dəhlizi” layihəsini də tam şəkildə dəstəkləyiblər. Məhz bu uğurlar bəzi dairələri narahat etməyə başlayıb. Onlar Avropa Parlamentində provokasiyaya yol açdılar. Təsəvvür edin, həmin gün - fevralın 6-da Avropa Parlamentinin cəmi iki-üç nümayəndəsi Azərbaycan ilə bağlı, guya, müzakirələr təşkil etmək niyyəti ilə təşəbbüs irəli sürüblər. Nə idi onların məqsədi? Birincisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfərini əngəlləyərək, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə zərər vurmaq, problem yaratmaq. İkincisi, Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyini çətin vəziyyətdə qoyaraq öncədən onları Azərbaycana qarşı fikir söyləməyə, münasibət bildirməyə vadar etmək.
Səməd Seyidov qeyd edib ki, onlar nə birinci, nə də ikinci məqsədlərə nail ola bilmədilər. Bu, yalnız iki nəfər tərəfindən qaldırılan şəxsi təşəbbüs kimi Avropa Parlamentinin tarixində utancverici bir məsələ kimi qaldı.
Komitə sədri daha sonra deyib: “Yeri gəlmişkən, mən bir şəxsi “təşəbbüs”ə də diqqətinizi cəlb etmək istəyirəm. Söhbət cənab Jirinovskinin Rusiya telekanallarının birində çıxış edərək, Azərbaycan ilə Ermənistanı quberniyaya çevirərək, yenidən Rusiyaya birləşdirmək iddialarından gedir. Əslində, bu sözlərə fikir vermək bəlkə də düzgün deyil. Ancaq Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində mən bunu etməyə bilmərəm. “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Ümummilli lider Heydər Əliyevin bu kəlamı azərbaycanlı olaraq bizim hamımızın şüurunun ən alt qatlarına yazılıb.
Bu, şüar deyil. Bu, bizim qan yaddaşımızdır. Bu, bizim Qanlı Yanvarımızdır. Bu, bizim Xocalımızdır, Qarabağımızdır, şəhidlərimizdir. Bizim Mübariz İbrahimovumuz, Çingiz Qurbanovumuzdur. O ki qaldı, kimin quberniya olmaq məsələsinə, əslində, Yerevan bu statusa tam uyğun gəlir, lakin Rusiyanın yox, Azərbaycanın quberniyası. Ermənistan qondarma bir dövlətdir. Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb və orada əhalinin həmişə 95 faizi azərbaycanlı olub. Ona görə də Yerevanın rəhbərliyi istəyirsə, qoy, Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun”.
Deputat çıxışını bu sözlərlə bitirib: “Vurğunu olduğum Puşkin demişkən, azadlıqdan məhrum olan, imperiya ruhunun iyrəncliyini anlaya bilməyən adam bədbəxtdir. Qanlı Yanvar, Xocalı, şəhidlər - bu, azadlıq yoludur. Nə Jirinovski, nə də başqaları bu azadlığı əlimizdən ala bilməzlər”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

