/ / Azər Cəfərov: Prezident İlham Əliyevin imzaladığı Sərəncam cəzaların liberallaşdırılmasına gətirib çıxaracaq
Azər Cəfərov: Prezident İlham Əliyevin imzaladığı Sərəncam cəzaların liberallaşdırılmasına gətirib çıxaracaq
16.02.2017 [10:04]
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin Sərəncamı ilə bağlı artıq qanunvericiliyin humanistləşdirilməsinin icrasına başlanılıb. Bununla əlaqədar Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmədə işçi qrupları yaradılıb. Bu işçi qrupları birgə işlər aparır, qanunvericilik ciddi təhlil olunur.
Bu fikri ədliyyə nazirinin müavini Azər Cəfərov AZƏRTAC-a açıqlamasında deyib.
A.Cəfərov bildirib ki, Sərəncamın əsas məqsədi cəza siyasətinin liberallaşdırılması, humanistləşdirilməsidir. Bu, Prezident İlham Əliyevin humanist siyasətində atdığı mühüm addımların, cinayətin təqibi, cəza siyasətində aparılan islahatların davamıdır.
Ədliyyə nazirinin müavini qeyd edib ki, bu, dövlətimizin başçısı tərəfindən atılan ilk addım deyil. Ötən ilin mayında cinayət qanunvericiliyinə xeyli dəyişikliklər edilib. Bu zaman cinayət tərkiblərinin bir çoxu dekriminallaşdırıldı. Daha əvvəl Cinayət Məcəlləsindən döymə norması çıxarıldı. Bu isə bir çox insanları azadlıqdan məhrumetmə cəzasından azad etdi.
Vurğulanıb ki, Azərbaycanın cinayət qanunvericiliyində 980 cinayət tərkibi mövcuddur. Onların çox az hissəsində - təxminən 4-5 faizində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmur. Qalan hissədə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur ki, bunlardan 60 faizində azadlıqdan məhrumetmə yalnız tək əsas cəzadır. Ona görə də məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasına daha çox üstünlük verilirdi.
“Azərbaycanın inkişafı, əldə etdiyi uğurlar, insanların düşüncə tərzinin ciddi dəyişməsi fonunda cinayət qanunvericiliyinə də baxış yenilənməli idi. Sərəncamın verilməsinin də əsas səbəblərindən biri budur. Bu, nəticə etibarilə cəzaların liberallaşdırılmasına gətirib çıxaracaq, cinayət tərkiblərinin dekriminallaşdırılmasına, cəza siyasətinin humanistləşdirilməsinə, bir sıra cəzaların alternativ cəzalarla əvəzlənməsinə şərait yaradacaq”, - deyə A.Cəfərov diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

