/ / Fransua Olland ərazi bütövlüyünün toxunulmazlığı prinsipini heçə saymaqla beynəlxalq hüquq normalarına zidd yanaşma ortaya qoyub
Fransua Olland ərazi bütövlüyünün toxunulmazlığı prinsipini heçə saymaqla beynəlxalq hüquq normalarına zidd yanaşma ortaya qoyub
15.02.2017 [10:02]
Azərbaycan ictimaiyyəti Fransua Ollandın separatizm və işğalçılığa haqq qazandıran, ölkəmizlə Fransa arasındakı münasibətlərin ruhuna uyğun olmayan fikirlərini ciddi narazılıqla qarşılayıb
Fransa prezidenti Fransua Ollandın bu yaxınlarda erməni diasporu ilə görüşməsi və bu zaman “Madrid prinsipləri” tətbiq olunarkən “Dağlıq Qarabağ erməniləri öz müqəddəratını müəyyən etməlidirlər” fikrini səsləndirməsi Azərbaycan cəmiyyətində ciddi narazılıqla qarşılanıb. Azərbaycan ictimaiyyəti bunu Fransanın ATƏT-in Minsk qrupunda vasitəçilik missiyasına uyğun prinsiplərin pozulması və separatizmə açıq dəstək kimi səciyyələndirib. Konkret qənaət budur ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipini əsas götürərək ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin heçə sayılması separatizmə xidmət edən yanaşmadır. Bu isə aşkar şəkildə beynəlxalq hüquq normalarının pozulmasıdır. Digər tərəfdən, Fransua Ollandın bu yanaşması Azərbaycan-Fransa münasibətlərinin ruhuna uyğun deyil.
Öz növbəsində məsələyə münasibət bildirən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, “Madrid prinsipləri” tətbiq olunarkən “Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər” fikri, ilk növbədə, beynəlxalq hüquq normalarına ziddir: “Həm ATƏT-in Helsinki Yekun Aktında, həm də ayrı-ayrı beynəlxalq konvensiyalarda dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsas götürülür. Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib, yəni işğal nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulub. Belə olan halda, ilk növbədə, işğala son qoyulmaqla Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Fransua Olland bunu gözardı edərək Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin öz müqəddəratını müəyyən etmələri məsələsini gündəmə gətirir. Bu, beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm qərəzli, həm də qeyri-obyektiv yanaşmadır”.
Eldar İbrahimov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mərhələli həll variantı əsas prinsip kimi götürülüb: “Bu, atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər. Belə olan halda, Fransua Ollandın bu cür bəyanatla çıxış etməsi işğala və separatizmə haqq qazandırılmasıdır”.
Fransa-Azərbaycan münasibətlərinin ruhuna zidd olan Ollandın fikirlərinin Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıq və təəssüflə qarşılandığını deyən Eldar İbrahimov diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın dövlət başçısının bu cür yanaşma ortaya qoyması yolverilməzdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev isə deyib ki, Fransa prezidentinin ifadə etdiyi fikirlər ədalətdən kənardır. Bu həm də erməni diasporundan dəstək almaq məqsədinə xidmət edir: “Fransanın hazırkı prezidenti bu cür ifadələr işlətməklə erməni diasporunun dəstəyini qazanmağa çalışır. Amma bu, doğru yanaşma deyil. Fransa prezidentinin bu cür mövqedən çıxış etməsinə təəssüflə yanaşıram. Düşünürəm ki, bu, onun ən kobud səhvidir. Prezident olan bir şəxs bu cür ədalətsiz mövqe nümayiş etdirməməlidir. Bu, yolverilməz bir haldır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

