“Tufan” ilk milli zirehli nəqliyyat vasitəsinin təqdimatı olub
15.02.2017 [09:56]
Fevralın 14-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində fəaliyyət göstərən “Aqreqat” İstehsalat Birliyinin Bakı cihazqayırma zavodunda müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan minaya davamlı ilk milli zirehli nəqliyyat vasitəsinin - “Tufan”ın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə nəqliyyat vasitəsi ilə bağlı film nümayiş olunub.
Təqdimat mərasimində çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov bu nəqliyyat vasitəsinin layihəsinin və təcrübə-sınaq nümunəsinin MSN-in Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) hazırlandığını bildirib.
Məlumat verilib ki, nəqliyyat vasitəsi döyüş şəraitində yerləşən şəxsi heyəti daşımaq üçün nəzərdə tutulub. Maşın NATO-nun “STANAG 4569” standartının üçüncü səviyyəsinin tələbinə uyğun daşınan şəxsi heyəti məhvedici təsirlərdən qoruyur. Müxtəlif sınaq işlərindən sonra bu avtomaşının seriyalı istehsalına başlanılacaq. Xarici ölkələrdən gələn qonaqlar tərəfindən “Tufan”a böyük maraq yaranıb.
MAKA-nın baş direktoru Alçın Şirinzadə deyib ki, Agentlik dövlət tapşırıqları çərçivəsində müdafiə təyinatlı məmulatların istehsalına xüsusi önəm verir. Son illər MAKA tərəfindən istehsal edilən məmulatların əksəriyyəti ordumuzda silahlanmaya tövsiyə olunub və müvafiq qurumlara təhvil verilib.
Bildirilib ki, dövlətimizin başçısının MSN-in qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar və xüsusi təyinatlı maşınların yaradılması sahəsində agentlikdə qazanılmış təcrübəyə əsaslanaraq, nazirliyin rəhbərliyi 2016-cı ilin sonunadək “Tufan” şifrli milli zirehli nəqliyyat vasitəsinin yaradılmasını məhz MAKA-nın kollektivinə həvalə edib. MSN rəhbərliyinin təşəbbüsü və dəstəyi sayəsində 12,7 millimetrlik pulemyotlu döyüş modulu ilə təchiz olunmuş MRAP tipli (mine resistant ambush protected - minaya davamlı və pusqudan qorunmuş) milli zirehli maşının yaradılması barədə tapşırıq MAKA kollektivi tərəfindən qısa müddətdə yüksək səviyyədə yerinə yetirilib, “Tufan”ın təcrübi nümunəsi hazırlanıb. Maşının dizaynı yerli kadrlar tərəfindən hazırlanıb.
“Tufan” milli zirehli nəqliyyat vasitəsinin xüsusiyyətləri və göstəriciləri barədə geniş məlumat verən A.Şirinzadə qeyd edib ki, avtomaşın məsafədən idarə olunan xüsusi döyüş modulu ilə təchiz edilib. Bu modulun üzərində optik nişanlanma sistemləri, gündüz və gecə kameraları, həmçinin lazer məsafəölçəni quraşdırılıb. Döyüş modulunun əsas xüsusiyyəti isə onun bütün proqram təminatının yerli mütəxəssislər və mühəndisləri tərəfindən hazırlanmasıdır. Bu universal modul həm zirehli maşınlara, həm də zirehsiz xüsusi təyinatlı maşınlarda quraşdırıla bilər. Döyüş modulu düşmənin yüngül zirehli hədəfləri, atəş vasitələri və hava hədəfləri ilə səmərəli mübarizə aparmaq imkanına malikdir. Hazırda “Tufan”ın və döyüş modulunun müxtəlif şəraitlərdə poliqon yürüş sınaqları keçirilir. Peşəkar hərbçilərin və sahə üzrə mütəxəssislərin məsləhətlərindən sonra seriya öncəsi prototip real döyüş şəraitinə uyğunlaşdırılacaq və tarixdə ilk dəfə MSN-in istehsal etdiyi məmulatların sırasına tam milli məhsul olan “Tufan” zirehli nəqliyyat vasitəsi də daxil ediləcək. Cari ildə keçiriləcək sınaqlardan sonra, həmçinin tibbi yardım, radioelektron mübarizə, polis, kəşfiyyat versiyalarında belə maşınların yaradılması nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, bu avtomaşının konsepsiyası “ADEX-2016” sərgisində nümayiş olunub. Yeni avtomaşın dizaynına görə, Silahlı Qüvvələrimizdəki və digər ölkələrin ordularında istifadə olunan hərbi avtomaşınlardan kifayət qədər fərqlənir. Nəqliyyat vasitəsi kəskin yoxuşlarda və enişlərdə, həmçinin müxtəlif relyef şəraitində rahat hərəkət etmək qabiliyyətinə malikdir.
MAKA-nın baş direktoru qeyd edib ki, Agentliyin kollektivi xüsusi təyinatlı avtomaşınların yaradılması və silahlanmaya qəbul edilməsi istiqamətində bundan sonra daha da səylə çalışacaq.
Sonra zavodun həyətindəki poliqonda “Tufan” avtomaşınına baxış keçirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

