Fransua Ollandın beynəlxalq hüquq normalarına zidd fikirləri separatizmin təşviqinə xidmət edir
14.02.2017 [09:28]
ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin başçısının bu cür yanaşması həm də vasitəçilik missiyasına uyğun prinsiplərin pozulmasıdır
Azərbaycanın xarici siyasət kursunun başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Təsadüfi deyil ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.
Azərbaycan ictimaiyyəti Fransua Ollandın məlum fikrini vasitəçilik prinsiplərinin pozulması və separatizmə açıq dəstək kimi qiymətləndirir
Bu, bir reallıqdır ki, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental əhəmiyyətli zəruri qətnamələr qəbul edilib.
Bütün bunlara baxmayaraq, müəyyən dairələr korporativ səciyyəli geosiyasi maraqlar naminə (hansı ki, bu, regional sülh və təhlükəsizliyə real təhdidlər yaradır - N.Q.) beynəlxalq hüquq normalarına zidd olan yanaşma və fikirlərə yer verməklə işğalçılıq və separatizmə dəstək vermiş olurlar. Məsələn, Fransa prezidenti Fransua Ollandın bu yaxınlarda erməni diasporu ilə görüşməsi və bu zaman “Madrid prinsipləri” tətbiq olunarkən “Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər” fikrini səsləndirməsi buna bariz nümunədir. Şübhəsiz, bu fikir Azərbaycan cəmiyyətində ciddi narazılıqla qarşılanıb. Azərbaycan ictimaiyyətinin qənaəti budur ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin başçısının bu cür yanaşma ilə çıxış etməsi vasitəçilik missiyasına uyğun prinsiplərin pozulması və separatizmə açıq dəstəkdir.
Fransa prezidentinin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini heçə sayması nəyə dəlalət edir?
İlk növbədə qeyd etmək lazımdır ki, Fransua Ollandın məlum fikri beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş absurd bəyanatdır. Əvvəla, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin belə bir bəyanatla çıxış etməsi yolverilməzdir. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Bu isə Fransa prezidentinin “Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər” fikrini istisna edir. Xalqların öz müqəddəratını təyin etməsi prinsipini əsas götürərək ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin heçə sayılması isə separatizmə xidmət edən yanaşmadır. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və ya bu məsələdə kompromis ola bilməz, beynəlxalq hüquq normaları ilk növbədə sırf Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir.
Azərbaycan-Fransa münasibətlərinin ruhuna zidd olan yanaşma...
Digər tərəfdən, Fransua Ollandın məlum fikirləri qarşılıqlı faydalı əməkdaşlığa, milli maraqlara hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Fransa münasibətlərinin mahiyyətinə, ruhuna uyğun deyil. Azərbaycan Fransanın milli mənafeyinə hörmətlə yanaşdığı halda, bu ölkə başçısının Azərbaycanın ərazi bütövlüyünə - suverenliyinə qarşı yönəlmiş, aşkar şəkildə separatizmə xidmət edən fikirlə çıxış etməsi qəbuledilməzdir. Eyni zamanda, Azərbaycan ictimaiyyətinin tələbi budur ki, həm Avrasiyada mühüm təsir mexanizmlərinə malik olan, həm də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi çıxış edən Fransa Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tapması üçün aktiv diplomatiyaya istinad etməli və bu istiqamətdə ciddi nəticələrin əldə olunmasına çalışmalıdır. Fransa prezidenti nəzərə almalıdır ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki Azərbaycanın ərazi bütövlüyü əsasında - ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

