Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ölkəmizin gücünü bir daha düşmənə nümayiş etdirdi
11.02.2017 [10:41]
Bu fakt gələcəkdə sərhədlərimizi pozmağa cəhd göstərmək istəyənlərə bir dərsdir
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarına qanunsuz səfərlər edən blogger Aleksandr Lapşinin fevralın 7-də Bakıya ekstradisiya olunması ölkəmizin böyük uğuru kimi dəyərləndirilməlidir. Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edib, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarla çıxış edib. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib. Ötən ilin dekabrında Belarusda saxlanan A.Lapşin bu ilin fevlarında Azərbaycana ekstradisiya olunub.
Vurğulamaq lazımdır ki, A.Lapşinin ölkəmizə ekstradisiyası, onun ölkə qanunları qarşısında cavab verməsi Azərbaycanın böyük beynəlxalq nüfuza malik olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasət kursunun düzgünlüyünü bir daha təsdiqlədi.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev də A.Lapşinin Azərbaycana təhvil verilməsinin ölkəmizin həm beynəlxalq, həm Dağlıq Qarabağ münaqişəsi müstəvisində böyük qələbəsi kimi qeyd olunmasının gərəkliyini deyib. Millət vəkili bildirib ki, uzun illərdir Ermənistan hakimiyyətinin və erməni lobbisinin bir sıra üsullarla ələ aldığı, maliyyələşdirdiyi insanlar vaxtaşırı Azərbaycanın razılığı olmadan işğal altında olan ərazilərimizə səfərlər edirdilər: “Onlar Dağlıq Qarabağda, digər işğal altında olan bölgələrimizdə müəyyən tədbirlər həyata keçirir və ya tədbirlərdə iştirak edirdilər. Azərbaycan hökuməti belələrinə qarşı beynəlxalq hüquq çərçivəsində öz addımlarını hər zaman atıb. A.Lapşinin hərəkətləri isə əndazəni aşdı. O, Azərbaycan sərhədlərini pozmaqla yanaşı, müəyyən həqarətlər də səsləndirmişdi. Onun fəaliyyətində sərhəd pozuculuğu ilə bağlı cinayət elementləri olduğu üçün ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Bu şəxs Belarus ərazisində interpolun xətti ilə saxlanıldı. Onun saxlandığı zaman, hətta ekstradisiyası zamanı müəyyən dövlətlər, xüsusilə Ermənistan dövləti bloggerin zərbaycana verilməməsi üçün canfəşanlıqlar etməyə başladı. Bütün bunlara baxmayaraq, Belarus hökumətinin, xüsusilə bu ölkənin prezidenti Aleksandr Lukaşenkonun beynəlxalq hüquqa və Azərbaycan qanunlarına hörmətinin ifadəsi olaraq Lapşin Azərbaycana verildi”.
Millət vəkili qeyd edib ki, Ermənistan lobbisi fəaliyyət göstərdiyi bir sıra ölkələrdə siyasi çalarlı oyunlar oynamağa çalışır. M.Quliyev vurğulayıb ki, Lapşin beynəlxalq hüququ pozduğuna görə həbs olunub: “Bu fakt həm Ermənistanda, həm də ermənipərəst mərkəzlərdə soyuq duş effekti yaratdı. Azərbaycanın güclü dövlət olduğunu ötən ilin aprel döyüşləri, eləcə də ermənilərin son aylarda cəbhə xəttində törətməyə çalışdıqları təxribatların qarşısının ordumuz tərəfindən qəhrəmanlıqla alınması bir daha sübuta yetirib. Azərbaycanın dövlət sərhədlərini pozan şəxslərin ölkəmizə gətirilməsi faktı bunu növbəti dəfə təsdiqlədi. Bu fakt gələcəkdə sərhədlərimizi pozmağa cəhd göstərmək istəyənlərə bir dərsdir. Digər tərəfdən, bu, Azərbaycan diplomatiyasının dünyada nüfuzunun göstəricisidir. Xüsusən Azərbaycan Prezidentinin həm şəxsi nüfuzu, həm də apardığı siyasətin beynəlxalq normalara uyğun olması və dünyanın nüfuzlu mərkəzləri tərəfindən dəstəklənməsi bir daha dünyaya nümayiş etdirildi. Lapşinin Azərbaycana verilməsi həm də Azərbaycan ictimaiyyətində ədalətin təntənəsi kimi qarşılandı”.
Milli Məclisin üzvü Flora Qasımova da A.Lapşinin ölkəmizə gətirilməsi və onun Azərbaycan qanunlarına əsasən məsuliyyətə cəlb edilməsini böyük uğur adlandırıb. Millət vəkili qeyd edib ki, Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti artıq bütün dünyada ifşa olunub. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində əhəmiyyətli yer tutmasına imkan yaradıb: “A.Lapşin Dağlıq Qarabağda Ermənistan hakimiyyətinin yaratdığı qondarma, separatçı rejimi təbliğ edirdi. Təbii ki, bunun da arxasında erməni lobbisi dayanır. Onun Belarusda həbs olunmasının ardından ermənipərəst mərkəzlərin, hətta bəzi dövlətlərin də etirazları göstərdi ki, Lapşin müəyyən maraqlı qüvvələrin əli ilə ortaya atılmış birisidir. Amma Azərbaycan dövləti bu cür təxribatçıların ölkəmizin ərazi bütövlüyünün pozulmasına yönəlik addımlarını cavabsız qoymadı. O, qanun qarşısında cavab verməlidir”.
Millət vəkili vurğulayıb ki, başda Sarkisyan olmaqla işğalçı Ermənistan hakimiyyəti məğlub olduqlarını gec də olsa anlayıblar. Ötən illər ərzində Azərbaycanın istər iqtisadi, istər sosial cəhətdən inkişafı, ordu quruculuğu istiqamətində atılan addımlar, beynəlxalq münasibətlər sistemində tutduğu yer ortadadır. Amma Ermənistan nəinki bir addım da irəli gedə bilməyib, əksinə, geriləyib: “Ötən ilin aprel ayında ermənilərin yaşadığı fiasko Lapşinlə yeniləndi. Artıq Ermənistan həm döyüş meydanında, həm də siyasi müstəvidə məğlub olduğunu açıq şəkildə dərk edir. Azərbaycanın apardığı siyasi kurs Dağlıq Qarabağın azadlığını təmin edəcək. İşğalçılar isə istəsələr belə, bu prosesin qarşısını almaq iqtidarında deyillər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

