Siyavuş Novruzov: Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünyaya bir mesajdır
04.02.2017 [12:06]
“Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada təbliği baxımından daha bir uğurlu addımlardan olacaq. Nəzərə alsaq ki, Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib, bu hadisə ölkəmiz üçün ikiqat əlamətdardır”. Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, hazırda bəzi qüvvələr tərəfindən dünyada İslam dininə qarşı ədalətsiz yanaşma təbliğ olunur, dinimizin terrorla əlaqələndirilməsinə cəhdlər edilir. Onun sözlərinə görə, Prezident İlham Əliyev belə bir qərar verməklə dünyaya mesaj verdi: “Yəni bütün dünya İslam dininin özündə necə yüksək dəyərləri daşıdığını anlamalı və qəbul etməlidir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi o anlama gəlir ki, İslam dini birlik, həmrəylik dinidir və bu həmrəylik davamlı olmalıdır”.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunduğunu xatırladan YAP İcra katibinin müavini deyib ki, bu qərar da bilavasitə dinlərarası münasibətlərin, mədəniyyətlərarası dialoqun yaxşılaşmasına xidmət edən mühüm bir addım idi. Onun sözlərinə görə, bu gün dünyada dinlərarası münasibətlərin normallaşa bilməyəcəyi haqda fikirlər səslənir: “Bu yanaşma işğalçı dövlətlərin apardığı siyasətdən qaynaqlanır və onların maraqlarına xidmət edir. İşğalçı dövlətlər ancaq o siyasəti aparırlar ki, dinlərarası vəziyyət gərginləşsin və bununla da öz məqsədlərini reallaşdırsınlar. ABŞ-da qəbul edilən son qərar da Amerikanın fundamental dövlət siyasəti ilə - Corc Vaşinqtonun, Avraam Linkolnun qoyduğu siyasi xətlə daban-dabana ziddir. İrqlərarası, dinlərarası hər hansı məhdudiyyətin qoyulması yolverilməzdir. Çünki bəşəriyyət insan üçün yaranıb və insanlar da müxtəlifdir. Dərisinin rəngindən, inancından asılı olmayaraq, insanlar bərabərdirlər və onların arasında ayrı-seçkilik salmaq doğru deyil”.
Baş verən bu proseslərin səbəblərinin bəlli olduğunu deyən S.Novruzov qeyd edib ki, bu gün dövlətçilik tarixi yüzilliklərlə ölçülən ölkələr dağıdılır, onların təbii sərvətləri talanır. “Bu ölkələrdə qarşıdurmalar, qanlı toqquşmalar yaradaraq onların sərvətlərini talayır, qədim tarixini, abidələrini, mədəniyyətlərini məhv edirlər. Həmçinin bu ölkələrin vətəndaşları sığınacaq üçün müraciət edəndə insan hüquqlarından, demokratiyadan dəm vuran Avropa dövlətləri qəbul etmirlər. Bu ədalətsiz yanaşma da bütün dünyada gərginliyə səbəb olur. Belə bir zamanda ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünyaya bir mesajdır. Bu, o deməkdir ki, İslamın adı terrorla bağlı olmamalıdır. Əksinə, İslam hər zaman terrora qarşı olub. İslam həm idmana, həm mədəniyyətə, həm də bütün sahələrdəki inkişafa xidmət edən bir dindir”.
Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsini çox mühüm və tarixi bir hadisə kimi dəyərləndirən millət vəkilinin fikrincə, dünyada baş verən bu proseslər fonunda bu möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi yalnız Azərbaycanın deyil, eləcə də İslam dininin, onun mütərəqqiliyinin təbliğidir. “Azərbaycan istər “Eurovision” mahnı müsabiqəsi, istər ilk Avropa Oyunları, istərsə də “Formula-1” yarışları vasitəsilə kifayət qədər təbliğ olundu. “Formula-1” yarışlarını yarım milyard insan izlədi. Burada isə Azərbaycanın mədəniyyəti, bütün sahələrdəki inkişafı, regionları, turizm imkanları nümayiş olundu. Avropa Oyunlarını isə bir milyarda yaxın insan izlədi, “Eurovision”da da həmçinin. Bu mahnı yarışmasında hər bir musiqiçinin ifası zamanı müxtəlif regionlarımız, Qarabağ, onun gözəl guşələri, bizim mətbəximiz, musiqimiz də təbliğ olundu. Təbii ki, İslam Həmrəyliyi Oyunlarında da bunlar təbliğ olunacaq”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50

