/ / Brüsseldə keçirilən iclasda Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamından danışılıb
Brüsseldə keçirilən iclasda Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamından danışılıb
04.02.2017 [11:53]
Belçikanın paytaxtı Brüssel şəhərində Qaçqın və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) növbəti şura iclası keçirilib. İclasda dünyanın müxtəlif ölkələrini təmsil edən bir çox təşkilatların nümayəndələri iştirak ediblər.
“Qaçqın və sığınacaq axtaran insanların hüquq və maraqları” mövzusunda təşkil edilmiş tədbirdə Azərbaycanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev təmsil edib. Bu barədə AZƏRTAC-a BAMF-dan məlumat verilib.
İclasda çıxış edən BAMF-ın sədri ECRE-nin Avropada baş verən miqrasiya və deportasiya məsələlərinə, eləcə də sığınacaq axtaranlarla bağlı qəbul edilən qərarlara təkcə Avropanın daxili məsələsi kimi baxmamağa çağırıb. O deyib ki, bu məsələ təkcə Avropanın daxili məsələsi deyil. Avropada bu kimi məsələlərə qapalı şəraitdə deyil, miqrasiyanın baş verdiyi ölkələr kontekstində də baxılmalıdır. Əvvəlcə miqrasiya məsələləri ciddi şəkildə öyrənilməlidir və qarşısının alınması üçün ən zəruri tədbirlər görülməlidir.
Azərbaycanın və ümumilikdə, Qafqazın miqrasiya problemləri haqqında danışan U.Mirzəyev qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı çətinliklər yaşadığını bildirib. O, ECRE-nin azərbaycanlı məcburi köçkünlərlə bağlı münasibət göstərməsinin zəruriliyini vurğulayıb.
“Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. Bu Sərəncam ölkə daxilindəki müxtəlif məkanlarda yaşayan kənd sakinlərinin öz yurd-yuvalarına qayıtması üçün böyük dəstəkdir. Əsas odur ki, Sərəncam insanların illər boyu doğma yerlərinə qayıda bilməmək kimi ümidsizliyinə son qoydu. ECRE bu kimi məsələlərə həssas yanaşmalı və ciddi münasibət bildirməli, beynəlxalq hüququn prinsiplərini daim öndə saxlamalı, sülhü, barışı və ədaləti tərənnüm etdirməlidir”, - deyə BAMF sədri qeyd edib. U.Mirzəyev bildirib ki, ECRE beynəlxalq ictimaiyyətin qaçqınlarla bağlı məsələlərə daha böyük diqqət göstərməsinə nail olmaq üçün səylərini artırmalıdır.
Daha sonra çıxış edən ECRE-nin kommunikasiyalar üzrə baş əlaqələndiricisi Vollads Zahle təşkilatın direktorunun müavini Leonie Jegen, Hollandiya Qaçqınlar Şurasının həmsədri Annemiek Bots BAMF sədrinin fikirlərini dəstəklədiklərini bildiriblər. Onlar, həmçinin qaçqınlarla bağlı problemlərin geniş işıqlandırılması üçün medianın bu işdə yaxından iştirak etməsinin zəruriliyini vurğulayıblar.
Tədbirdə BAMF-ın təşəbbüsü ilə yaradılmış, beş dildə fəaliyyət göstərən “Eurasia Diary” informasiya portalının təqdimatı da keçirilib. Bildirilib ki, saytın strategiyasının əsas istiqamətlərindən biri qaçqınların problemlərini geniş oxucu kütləsinə çatdırmaqdır.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

