Siyavuş Novruzov: Xaricdəki havadarları İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir
03.02.2017 [09:56]
Gəncləri ortaya atıb, sonra qaçıb gizlənmək İsa Qəmbərin köhnə peşəsidir. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, AXCP-”Müsavat” cütlüyünün ünsürləri yığışaraq Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri haqqında, ölkəmiz, dövlətimiz, Prezidentimiz haqqında etikadan kənar fikirlər səsləndiriblər: “Bütün bu məsələlərin haradan qaynaqlandığı aydındır. Prezidentimizin atdığı addımlar, Cocuq Mərcanlıda bərpa işlərinin aparılması ilə bağlı Sərəncam, o cümlədən orduda görüş, regional iqtisadi forumun keçirilməsi erməniləri çox narahat edir və onlar da buradakı əlaltılarını işə salıblar ki, ara qarışdırmağa başlasınlar, bu və ya digər şəkildə qanunu pozsunlar, gəncləri qızışdırıb ortaya salsınlar, qeyri-qanuni hərəkətlərə yol versinlər, nəticə etibarilə qanuna, intizama dəvət olunsunlar və onlar da bununla bağlı bəyanatlar yaysınlar, Azərbaycanı hər hansı bir siyahıya salsınlar. Fikir verin, eyni zamanda həm bunlar, həm də “Freedom House” hesabat yayıb. Bir-biri ilə üst-üstə düşür. Yəni bütün bunlar Azərbaycanı istəməyən qüvvələr tərəfindən atılan addımlardır”.
S.Novruzov İsa Qəmbərin narkotik istifadəçisi olan iki gənci qəhrəman zirvəsinə yüksəltdiyini bildirib: “İndi sual olunur ki, nə vaxtdan qeyri-etik hərəkətlərə yol verən, narkotik qəbul edən, narkotik alıb-satan insanlar qəhrəman olub?! Qəhrəman onlar deyil, qəhrəman Lələ Təpə uğrunda döyüşdə həlak olanlardır, qəhrəman Azərbaycanın sərhədlərində vuruşanlardır. Narkotik qəbul edib qanunu pozanlarla fəxr edən insana nə ad qoymaq olar?! Özü də İsa Qəmbər “Düşüncə” araşdırmalar mərkəzinin rəhbəridir. Araşdırdığın budursa, deməli, düşüncəsiz mərkəzin rəhbərisən. Hamının xatirindədir. Ay yarım prezident səlahiyyətlərini icra etdiyin müddətdə 7 nəfər insanı güllələtdirdin. Sən müsavatçı yox, bolşeviksən. Müsavatçı elə hərəkət etmir, bolşevik elə hərəkət edir. İsa Qəmbər deyirdi ki, Gəncə bombardman olunmalıdır. İndi get Gəncəyə bax, istənilən Avropa şəhəri ilə rəqabətə girə bilər. Ümummilli lider sizin canınızı Surət Hüseynovdan qurtardı. Yoxsa S.Hüseynov Azadlıq meydanında hər birinizi dar ağacından asacaqdı”.
Millət vəkili vurğulayıb ki, gəncləri ortaya atıb, sonra qaçıb gizlənmək İsa Qəmbərin köhnə peşəsidir: “Dəfələrlə mitinqlərdə bunun şahidi olmuşam. Xüsusilə də 20 Yanvarda Azərbaycan xalqı işğalçılara qarşı mübarizə aparanda İsa Qəmbər qaçıb Yusif Səmədoğlunun evində gizlənmişdi. Bu cür adamın Ümummilli lider Heydər Əliyev haqqında, Prezident haqqında danışmağa mənəvi haqqı çatır?! Müsavat Partiyasını darmadağın etmisən, intriqa yuvasına çevirmisən. İndi belə partiya yoxdur, dərnəkdir artıq. Çünki bu “Müsavat” o “Müsavat” deyil. Demokratik Cümhuriyyət dövründə olan “Müsavat” tamam başqa “Müsavat” idi. Sadəcə olaraq, ad mənimsəməklə məsələ həll olunmur, mahiyyət başqa olmalıdır. O “Müsavat”ın yaradıcıları Avropada təhsil almış, görkəmli şəxsiyyətlər idilər, 20 ilə bir dissertasiyanı müdafiə edə bilməyən İsa Qəmbər yox. Ona görə də belə adamları Azərbaycan xalqı həmişə boykot edib, tarixin arxivinə tullayıb. Artıq İsa Qəmbər sıxılmış bir limondur. İstəyir üzə çıxsın, heç nə alınmır. Xaricdəki havadarları İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir”.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

