/ / Azərbaycanın Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı gördüyü tədbirlər Ermənistanda ciddi təlaşla qarşılanıb
Azərbaycanın Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı gördüyü tədbirlər Ermənistanda ciddi təlaşla qarşılanıb
28.01.2017 [10:48]
Erməni ictimaiyyətinin nümayəndələri ölkə KİV-ində və sosial şəbəkələrdə bu hadisə ilə bağlı dərin narahatlıqlarını ifadə edir, həmçinin Sarkisyan hakimiyyətinin ünvanına kəskin tənqidlər səsləndirirlər
Azərbaycan Ordusunun şanlı hərbi qələbəsi olan 2016-cı ilin aprel döyüşlərinin nəticəsi ölkəmizin öz ərazi bütövlüyünü təmin etmək - işğal edilmiş torpaqları azad etmək əzmi və gücündə olduğunu göstərdi. Eyni zamanda, bu hadisələrin fonunda dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar siyasətini kəskin qınadı.
Azərbaycan Ordusu aprel qələbəsi ilə şanlı bir tarix yazdı
Şübhəsiz, Azərbaycan Ordusu işğalçı Ermənistan ordusu üzərindəki aprel qələbəsi ilə şanlı bir tarix yazdı. Eyni zamanda, həmin döyüşlər çərçivəsində Lələtəpənin azad edilməsi Cocuq Mərcanlı kəndinin erməni təhdidindən azad edilməsinə, orada məskunlaşmaya imkan yaratdı. Ən əsası, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bir daha ermənilərə və dünyaya nümayiş etdirdi.
Yeri gəlmişkən, artıq işğaldan azad edilmiş kəndlərimizdə həyat canlanır, yaşayış bərpa olunur. Məlum olduğu kimi, yanvarın 24-də Prezident İlham Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
Ermənistan cəmiyyəti təşviş içində...
Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlərə başlaması ermənilər tərəfindən ciddi təşvişlə qarşılanmaqdadır. Ermənistan cəmiyyəti Azərbaycan tərəfindən görülən tədbirlərin onlarda ciddi narahatlıq yaratdığını ifadə edir, bununla bağlı Sarkisyan hakimiyyətinə ciddi və sərt mesajlar ötürürlər. Son bir neçə gündür ki, ermənilər bu məsələni sosial şəbəkələrdə xüsusi müzakirəyə çıxarıblar və verilən şərhlər onların ciddi isterikada olduğunu göstərir. Ermənilər Azərbaycanın işğal altında olan torpaqlarını azad edəcəyini, Azərbaycan Ordusunun İrəvana qədər gedə bilmək əzmində olduğunu ifadə edərək dərin narahatlıqlarını bildirirlər...
Azərbaycanın Böyük Qayıdış planı Ermənistan informasiya məkanının bir nömrəli mövzusudur
Ermənistan ictimaiyyətinin nümayəndələri ölkə daxilində mövcud olan böhran, tənəzzül və xaosdan daha çox Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək istiqamətində qətiyyətli mövqeyini müzakirə edirlər. Erməni KİV-i yazır ki, sadə vətəndaşlar Ermənistan hakimiyyətini - Sarkisyan rejimini ciddi tənqid atəşinə tutur, bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli və cəsarətli mövqeyini vurğulayırlar. Erməni siyasətçiləri də bu məqamlara diqqət çəkir, Ermənistan siyasi hakimiyyətinin və cəmiyyətinin Azərbaycanın qətiyyətli mövqeyi qarşısında çıxılmaz - aciz durumda olduğunu qeyd edirlər. Vurğulanır ki, Azərbaycanın prinsipiallığı Ermənistanı geri çəkilməyə vadar edir və yaranmış isterika erməni siyasi və ictimai mühitinə hakim kəsilib.
Azərbaycan işğal altında olan torpaqlarını azad etmək əzmi və gücündədir
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, dövlətimizin başçısının bu Sərəncamı artıq onu deməyə əsas verir ki, böyük qayıdış mərhələsi başlayır.
Elman Məmmədov qeyd edib ki, aprel hadisələrinin nəticəsi göstərdi ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməyə qadirdir: “Aprel döyüşləri zamanı Azərbaycan Ordusu mühüm yüksəklikləri, o cümlədən Lələtəpə yüksəkliyini düşməndən azad etməklə minlərlə hektar ərazinin qaytarılmasına nail oldu, eləcə də digər ərazilərimizə nəzarət etmək imkanı qazandı. Lələtəpənin azad edilməsi Cocuq Mərcanlı kəndinin erməni təhdidindən azad edilməsinə, orada məskunlaşmaya imkan verdi. Belə demək mümkündürsə, aprel döyüşləri Azərbaycan xalqını böyük qayıdışa daha da yaxınlaşdırdı”.
“Bütün bunların fonunda Ermənistan hakimiyyəti və ictimaiyyəti ciddi təlaş içindədir. Onlar da bilirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün qətiyyətli mövqe sərgiləyir, öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcək”, - deyə o vurğulayıb.
Milli Məclisin deputatı Sahibə Qafarova isə diqqətə çatdırıb ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə öz gücünü və erməni işğalı altında olan torpaqlarımızı azad etmək əzmində olduğunu nümayiş etdirdi: “Bu, böyük qürur hissi və ruh yüksəkliyi yaratmaqla yanaşı, Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini də gücləndirdi. Bu gün Qarabağa böyük qayıdış Cocuq Mərcanlıdan başlayır, xalqımız Azərbaycan dövlətinin işğal edilmiş torpaqlarımızı azad etmək istiqamətində qətiyyətli mövqeyini böyük ruh yüksəkliyi ilə qarşılayır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın inamlı, cəsarətli addımlarından narahatlıq keçirən Ermənistan cəmiyyəti isə böyük qayıdışın başlanmasını isterika ilə qarşılayır. Ermənistan vətəndaşları artıq mətbuat və sosial media vasitəsilə həyəcan təbili çalırlar”.
Milli Məclisin deputatı Kamilə Əliyeva vurğulayıb ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsidir.
“Dövlət başçısının Sərəncamı məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının mühüm bir göstəricisidir. Bu Sərəncam bir daha təsdiqləyir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar. Bu istiqamətdə artıq əməli addımlar atılır”, - deyə deputat vurğulayıb.
Millət vəkili qeyd edib ki, Qarabağa böyük qayıdışın Cocuq Mərcanlıdan başlanmasını ermənilər təşvişlə qarşılayırlar. Onlar Azərbaycan dövlətinin əzmi və qətiyyəti qarşısında olduqca mürəkkəb vəziyyətlə qarşılaşdıqlarının fərqindədirlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

