Hanoyda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib
18.01.2017 [10:03]
Vyetnamın paytaxtı Hanoy şəhərində iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib.
İclasa komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Natiq Əliyev və Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anh sədrlik ediblər.
Tran Tuan Anh iki ölkə arasındakı münasibətlər üçün son dərəcə əhəmiyyətli olan bu toplantının əlaqələrin bütün spektri üzrə qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə xidmət edəcəyini bildirib. İclasın hazırlanmasında hər iki ölkənin aidiyyəti qurumlarının fəal iştirak etdiyini vurğulayan Tran Tuan Anh danışıqların yekunu olaraq müsbət nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
Vyetnamlı nazir ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyinə diqqət çəkərək, həmin prosesdə Azərbaycan tərəfini, o cümlədən biznes dairələrini fəal iştiraka dəvət edib, bunun üçün münbit şəraitin yaradılacağını deyib.
Komissiyanın ilk iclasını tarixi hadisə kimi qiymətləndirən Natiq Əliyev Azərbaycan və Vyetnam xalqları arasında münasibətlərin əsasını Ümummilli lider Heydər Əliyev və Vyetnamın keçmiş Prezidenti Xo Şi Min tərəfindən qoyulduğunu bildirib. Qeyd olunub ki, Xo Şi Minin 1959-cu ildə Azərbaycana və Ulu öndər Heydər Əliyevin 1983-cü ildə Sovet İttifaqının nümayəndə heyətinin rəhbəri qismində Vyetnama səfərləri hər iki ölkənin xalqları arasında sıx dostluq əlaqələrinin qurulmasında həlledici rol oynayıb.
Azərbaycan və Vyetnam arasında müasir dövrdə əməkdaşlığın daha da inkişafının vacibliyini vurğulayan N.Əliyev son illərdə siyasi dialoqun aktivləşdiyini qeyd edib. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri və Vyetnamın sabiq Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına təkan verdiyini, əlaqələrin genişləndirilməsinə yeni perspektivlər açdığını vurğulayıb.
Məhz Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmizin Cənubi Qafqaz regionunun ən sərvətli dövlətinə çevrildiyini xüsusi vurğulayan N.Əliyev Azərbaycanın zəngin təcrübəsindən və malik olduğu geniş imkanlardan ikitərəfli münasibətlərin inkişafında istifadə etməyə hazır olduğunu bildirib.
Tərəflər iclasda əldə olunan razılaşmaların həyata keçirilməsinin zəruriliyini bildirib, konkret əməkdaşlıq istiqamətlərini müəyyənləşdirərək bütün səviyyələrdə səfərlərin sayının artırılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, hər iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının labüdlüyü qeyd olunub. Danışıqlar zamanı tərəflər hər iki ölkənin sosial-iqtisadi vəziyyəti haqqında məlumat verib, ticarət və investisiya, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət, turizm, idman, siyasət, diplomatik hüquq və məhkəmə sahələrində əməkdaşlıq perspektivlərini müfəssəl şəkildə müzakirə ediblər.
Sonda komissiyanın ilk iclasının protokolu imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45

