/ / Əli Əhmədov: “İslam Həmrəyliyi İli” Prezident İlham Əliyevin bu məsələyə verdiyi önəmin göstəricisidir
Əli Əhmədov: “İslam Həmrəyliyi İli” Prezident İlham Əliyevin bu məsələyə verdiyi önəmin göstəricisidir
14.01.2017 [10:04]
Nazirlər Kabinetində keçirilən müşavirədə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar yanvarın 13-də Nazirlər Kabinetində müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini Əli Əhmədov bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən və aktuallığından danışıb. Əli Əhmədov vurğulayıb ki, dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm Özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib. Bu, eyni zamanda, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Dövlətimizin başçısı isə tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanlayıb, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə edib.
Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu qeyd edən Baş nazirin müavini dövlətimizin İslamın dəyərlərinə və irsinə həssas münasibətindən və qayğısından söhbət açıb. O, Azərbaycanın İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu, qlobal əhəmiyyətli bir sıra mühüm forumların təşkilatçısı kimi çıxış etdiyini söyləyib.
Əli Əhmədov bildirib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir, bu həmrəyliyin istənilən səviyyədə olmaması bizi nəinki düşündürür, həm də çox narahat edir. Prezident İlham Əliyev bu addımı ilə Azərbaycanın İslam həmrəyliyinə töhfə vermək əzmini nümayiş etdirib.
Baş nazirin müavini qeyd edib ki, İslam cəmiyyətlərinin gələcəyi, transformasiya problemi ilə əlaqədar modellər üzərində iş aparılarkən Azərbaycan xüsusilə diqqət mərkəzində olacaq. İslam cəmiyyətlərinin gələcəyi necə olmalıdır, İslam müasir dünyaya necə uğurla transformasiya edilməlidir, onun qəbul etdiyi bir parçaya necə çevrilməlidir kimi suallara cavab axtararkən Azərbaycan modelini əminliklə nümunə göstərmək mümkündür.
Ölkəmizin İslam həmrəyliyinə verə biləcəyi töhfələrin əhəmiyyətini qeyd edən Baş nazirin müavini deyib ki, Azərbaycanın inkişaf perspektivləri, dünyadakı yeri, yüksək imici respublikamızın bu istiqamətdə mövqeyini daha da möhkəmləndirir. Azərbaycan İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir. İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olan Azərbaycan tarixən İslam mədəniyyətinə və elminə böyük töhfələr verib.
İslam həmrəyliyinin güclü faktora çevrilməsinin vacibliyini qeyd edən Əli Əhmədov vurğulayıb ki, bu, bir tərəfdən İslam ölkələrinin üzləşdiyi problemlərin həlli, digər tərəfdən həmin problemlərin dərinləşməsinin qarşısının alınması baxımından xüsusi önəmə malikdir.
Müşavirədə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova “İslam Həmrəyliyi İli” çərçivəsində görüləcək işlər barədə danışaraq elmi konfransların, “dəyirmi masa”ların, simpoziumların, seminarların, müsabiqələrin keçirilməsinin, elmi məqalələrin, topluların, kitabların, bukletlərin nəşr edilməsinin, poçt markalarının buraxılmasının, müsəlman ölkələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində həm ölkə daxilində, həm də müsəlman ölkələrində müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildiriblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev İslam həmrəyliyinin, islami dəyərlərin, İslam mədəni irsinin dünyada təbliği, mədəniyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin, müsəlman ölkələri gənclərinin qarşılıqlı səfərlərinin təşkili, müvafiq sərgilərin, festivalların keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “İslam Həmrəyliyi İli” ilə əlaqədar keçirilməsi nəzərdə tutulan bütün tədbirlərin yüksək səviyyədə işıqlandırılacağını bildiriblər. Diqqətə çatdırıblar ki, rəhbərlik etdikləri KİV-lər bununla bağlı konkret planlar və layihələr üzərində işləyirlər. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti və aktuallığı, həmçinin Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr, eləcə də bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə xəbərlərin, reportajların həm ölkə daxilində, həm də beynəlxalq miqyasda geniş yayılması qarşıya əsas vəzifə kimi qoyulub.
Baş nazirin müavini Əli Əhmədov müşavirəyə yekun vuraraq Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının zamanın çağırışlarına cavab verən mühüm addım olduğunu qeyd edib. Bildirib ki, bu, dövlətimizin başçısının İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35

