Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
28.12.2016 [09:51]
Dekabrın 27-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Azərbaycan 25 ildir müstəqil dövlətdir. Ötən dövrdə Azərbaycan müstəqil ölkə kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, hərtərəfli inkişaf etmişdir. Bu inkişafın əldə olunmasında dövlət-xalq birliyinin mühüm rolu vardır. Çünki dövlətin inkişafını təmin edən onun vətəndaşlarıdır. Ölkəmizin inkişafında fərqlənən insanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün dövlət mükafatları təqdim olunanlar da uzun illər müxtəlif sahələrdə çalışan, öz işi ilə fərqlənən və əməyi qiymətləndirilən insanlardır”.
Ali Məclisin Sədri ölkəmizin inkişafındakı xidmətlərinə görə təltif olunanlara təşəkkür edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik və inkişaf təmin edilmiş, dövlət müstəqilliyimiz qorunub saxlanmışdır. Ötən dövrdə ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlər Azərbaycanı daha da irəliyə aparmışdır. Artıq Azərbaycan təsdiq etmişdir ki, müstəqil yaşayan ölkədir. Bütün bunlar ölkəmizdə həyata keçirilən düzgün siyasətin, eləcə də dövlət-xalq birliyinin və insanların zəhmətinin nəticəsində mümkün olmuşdur”.
Ali Məclisin Sədri təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Sonra Ali Məclisin Sədri medalların və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan Ədalət Əliyev, Ədalət Hüseynov, Bəhruz Bayramov, Vasif Məmmədov, Əbülfəz Dünyamalıyev, Adilə Səfərova, Aybəniz Sadiqova, Elbrus Qocayev, Üzeyir Əliyev, Ərəstun Hüseynov, Razim Vəliyev, Mirtaleh Seyidov və Zülfiyyə Seyidova minnətdarlıq edərək deyiblər ki, bu gün ölkəmizdə insanlar rahat yaşayır, davamlı inkişaf və sabitlik vardır. Təltif olunanlar bildiriblər ki, dövlət mükafatları ilə təltif olunmaları onların qarşısında mühüm vəzifələr qoyur, məsuliyyətlərini daha da artırır. Ona görə də göstərilən etimadı doğruldaraq bundan sonra da səylə çalışacaq, müstəqil Azərbaycanın inkişafına töhfələrini verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

