/ / Xose Antonio Vera: AZƏRTAC ilə əməkdaşlıq Azərbaycanla bağlı daha çox informasiya almağımıza imkan yaradacaq
Xose Antonio Vera: AZƏRTAC ilə əməkdaşlıq Azərbaycanla bağlı daha çox informasiya almağımıza imkan yaradacaq
21.12.2016 [09:54]
İspaniyanın Beynəlxalq Xəbər Agentliyinin (EFE) prezidenti Xose Antonio Vera Madriddə AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibədə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi, tədbir çərçivəsində AZƏRTAC ilə EFE arasında imzalanmış Çərçivə Əməkdaşlıq Sazişi ilə bağlı fikirlərini və Bakıya səfərinin təəssüratlarını bölüşüb:
- Dünya Xəbər Agentliklərinin V Konqresi həm təşkilatçılıq baxımından, həm də sessiyaların səviyyəsinə və iştirakçı agentliklərin sayına görə böyük bir uğur idi. Konqres mükəmməl təşkil olunmuşdu. Otel çox rahat, sessiyaların keçirildiyi Heydər Əliyev Mərkəzi gözəl və məftunedici məkan idi. Sessiyalar çox yaxşı hazırlanmışdı. Çıxışlar və müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanırdı. Biz xəbər agentlikləri üçün yeni və stimullaşdırıcı xeyli ideyalarla tanış olduq. Bakı Konqresinin bu uğuru gələcək fəaliyyətimizə müsbət təsirini göstərəcək.
- Bakıya səfəriniz çərçivəsində AZƏRTAC-la EFE arasında Çərçivə Əməkdaşlıq Sazişi imzalandı. İki agentlik arasında əməkdaşlığın gələcəyini necə görürsünüz?
- Xəbər agentlikləri arasında, xüsusilə müxbirlərin əlaqələr qurmaqda çətinlik çəkdiyi uzaq bölgələrin media təşkilatları arasında əməkdaşlığın qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. EFE agentliyi son illər faydalı və yaradıcı heyət üçün maraqlı olan bir çox əməkdaşlıq sazişləri imzalayıb. AZƏRTAC ilə imzalanan Çərçivə Sazişi sayəsində biz Azərbaycanla bağlı daha çox informasiya alacağımıza ümid edirik. EFE də öz növbəsində AZƏRTAC-a İspaniya və Latın Amerikası ölkələri ilə bağlı Azərbaycan cəmiyyəti üçün maraq doğura biləcək məlumatlar ötürməyə çalışacaq.
- Azərbaycanla bağlı təəssüratlarınız necədir?
- Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi etməklə təşkilatçılıq bacarığını və qonaqpərvərliyini nümayiş etdirdi. İştirakçı agentliklərin rəhbərləri olduqca səmimi qarşılandı və Konqresi unudulmaz bir görüşə çevirmək üçün onlara böyük diqqət göstərildi. Azərbaycan olduqca müasir bir ölkədir, onun sakinləri isə dinamik bir cəmiyyəti təmsil edirlər. Azərbaycan çoxmillətli ölkə olaraq bütün dini inanclara hörmətlə yanaşır. Prezident İlham Əliyev iştirakçıları şəxsən salamladı və maraqlı nitq söylədi. Müstəqilliyinin 25 illiyini qeyd edən gənc Azərbaycan uzun əsrlər boyu formalaşan zəngin mədəniyyətə malikdir. Biz bunun əyani şahidi olduq.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

