“Zima” Uşaq Estrada Musiqisi Festivalı: Bu, necə oldu
20.12.2016 [10:46]
Dekabrın 17-də ölkənin baş səhnəsində - Heydər Əliyev Sarayında “Zima” Uşaq Estrada Musiqisi Festivalı böyük uğurla başa çatıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bu, təsadüfi deyil. Leyla Əliyeva maraqlı aksiyaları və tədbirləri, istedadlı gəncləri həmişə dəstəkləyir, çox vaxt irimiqyaslı maraqlı layihələrin təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Xüsusi qeyd edək ki, “Zima” festivalının ideyası məhz Leyla xanımın oğullarına - 8 yaşlı Əli və Mikayıla məxsusdur.
Festivalın təşkilatçısı - “BEAT GROUP” şirkəti bakılılara əsl musiqi bayramı bəxş edib. Əsas qala-konsert, parlaq, rəngarəng şou və yüzlərlə uşaq təbəssümü şənliyin qonaqlarının və iştirakçılarının yaddaşlarından uzun müddət silinməyəcək. Festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.
Məlum olduğu kimi, arzu edən hər bir istedadlı uşaq bu festivalın iştirakçısı ola bilərdi. Bunun üçün sevimli mahnını ifa etmək, onu videoməlumat kimi yazmaq və təşkilat komitəsinə göndərmək yetərli idi. Münsiflər heyətinin ciddi seçimindən sonra finala cəmi 22 gənc istedad keçib. Qala-konsertdə səhnəyə Aysel Əfəndiyeva, Aytən Hacıyeva, Aliyə Əliyeva, Atilla Məmmədov, Bahar Babazadə, Lalə Zeynallı, Məryəm Mayqari, Nəzrin Əsədova, Nərgiz Əliyeva, Nemət Tağıyev, Nigar Bayramlı, Nigar Rəhimova, Nuru Qasımov, Rüstəm Kərimov, Rüfət Məmmədov, Səbinə Abbasbəyli, Səbinə Quluzadə, Sevil Əsədullayeva, Suada Ələkbərova, Timur Nərimanov, Fərid Hüseynov və Fidan Hüseynova çıxıblar. Məxsusi olaraq şou iştirakçılarını dəstəkləmək üçün Sankt-Peterburqdan gəlmiş “Qolos. Deti” layihəsinin finalçısı Azər Nəsibov festivalın ulduz qonağı olub.
Layihə üzərində bir qrup istedadlı mütəxəssis işləyib. “Zima”nın rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür. Şounu Ranar Musayev və Suel Heybətova aparıblar. Layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq Ukraynanın Əməkdar artisti Rimma Şapovalovadır. Uşaqların obrazları üzərində dizayner Zümrüd Mirzəliyeva işləyib, icraçı prodüser rolunda Yelena Rıbalko çıxış edib.
Festivalın özünəməxsus musiqili əhvalat olan hər bir nömrəsinin ifaçısı tədbirin qonaqları tərəfindən sürəkli alqışlarla qarşılanıb və yola salınıb. Çıxışlar başa çatandan sonra iştirakçılara festivalın xatirə diplomu təqdim edilib. Nəzrin Əsədovaya Paris “Disneyləndi”nə yollayış verilib.
Bu şənliyi görə bilməyənlərin diqqətinə çatdırırıq ki, “Zima” festivalı yaxın vaxtlarda Azərbaycan Televiziyasında nümayiş etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

