Bakıda “Multikulturalizm ili: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib
17.12.2016 [12:16]
Dekabrın 16-da Bakıda Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm ili: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tələbə gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbirlərdən ibarət videoçarx nümayiş olunub.
Tarixən ölkəmizdə müxtəlif xalqların, millətlərin nümunəvi birgəyaşayış ənənələrinin təbliğ edilməsinin ən vacib məsələlərdən biri olduğunu diqqətə çatdıran gənclər və idman naziri Azad Rəhimov deyib ki, xüsusilə də gənclərin bu istiqamətdə fəallıq göstərmələri onların məsuliyyət hissinin artırılmasına və vəzifələrinin dərk edilməsinə şərait yaradır. Qeyd olunan istiqamətdə aparılan maarifləndirmə işi davamlı xarakter daşımalıdır. Qarşıdakı dövrdə daha maraqlı və əhəmiyyətli layihələrin reallaşdırılması zəruridir.
“Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu işi 2016-cı ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə özünəməxsus inkişaf dinamikası ilə yadda qalıb. Həyatımızın bütün sahələrində baş verən yeniliklər, reallaşdırılan sistemli islahatlar əsas hədəflərə çatmaq üçün imkanlarımızı daha da artırıb. Ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” elan olunub. Əsrlər boyu sahib olduğumuz və bu günədək qoruyub saxladığımız multikultural dəyərlərin bundan sonra da inkişaf etdirilməsi təkzibedilməz bir reallıqdır. Məhz bu reallıq mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqa əvəzsiz töhfədir. Qədim tarixi köklərə malik bir xalq olaraq hər birimiz bununla fəxr edir və dünyaya nümunə olduğumuzu yaxşı dərk edirik. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Gəncliyimiz multikultural dəyərlərimizlə fəxr edir”, - deyə nazir əlavə edib.
Azad Rəhimov vurğulayıb ki, Azərbaycan gəncləri dini ekstremizmlə, terrorizmlə mübarizədə həmrəylik və mübarizlik nümayış etdirməlidir. Ölkəmizin gəncliyi azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərimizə, humanizm və sülhsevərlik prinsiplərinə sadiq olmalı, Azərbaycanda yaşayan bütün xalqların sarsılmaz birliyinə daim öz töhfəsini verməlidir. Gənclərimiz vətəndaşlarımızın dini ehtiyaclarının təmin olunması üçün dövlətimizin yaratdığı şəraiti düzgün dəyərləndirməli, dini etiqad azadlığından yalnız respublikamızın inkişafı və xalqımızın rifahı naminə yararlanmalıdır. Xalqımızın malik olduğu dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi indiki şəraitdə gənclərin əsas vəzifələrindən biri olacaq.
Avropada multikultural dəyərlərin çökdüyü haqda fikirlərin səsləndirildiyini vurğulayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: “Avropa siyasətçiləri elan edirlər ki, bu şəraitdə multikultural dəyərləri qoruyub saxlamaq mümkün deyil. Ancaq ölkə başçısı İlham Əliyev ölkəmizdə “Multikulturalizm ili” elan etməklə multikultural dəyərlərin vacibliyini və onun yaşadılmasının mümkünlüyünü dünya ictimaiyyətinə çatdırıb. Bu, müxtəlif dini konfessiyalarla görüşlərdə xüsusi olaraq bildirilib. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verib və verməkdədir. Hazırda dünyada 160-a yaxın etnik, siyasi, dini və sosial xarakterli münaqişə var. Qırx ölkənin ərazisində qanlı toqquşmalar gedir və insanlar həlak olur. Statistika göstərir ki, bunların ən azı 60 faizi dini konfessiyalar, yaxud dini konfessiyalardaxili toqquşmaların nəticəsində baş verir. Yalnız 2015-ci ilədək bu cür münaqişələrdə 2,5 milyon insan həlak olub. Bu rəqəmlər nəinki azalır, əksinə, artmaqdadır”.
Mübariz Qurbanlı bildirib ki, ölkəmizdən 100-200 kilometr aralıda hər gün toqquşmalar, döyüşlər baş verir. Azərbaycan bu cür mənfi hallardan kənardır. Çünki ölkəmizdə həm hüquqi, həm ideoloji, həm də iqtisadi müstəvidə kifayət qədər qabaqlayıcı tədbirlər görülüb. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda radikal dini qruplar kök sala bilmir və sala da bilməyəcəklər. Ölkə əhalisinin həm dünyagörüşü, həm də hökumətin apardığı siyasət belə halların qarşısını alır. Ölkəmizdə gənclərə göstərilən xüsusi diqqət və qayğı onların yanlış istiqamətlərə meyillənməsinin qarşısını alır. Azərbaycanda gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı önəmli proqramlar həyata keçirilir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycandakı mövcud tolerantlıq, multikultural ənənələr barədə danışıb. O, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfələr verdiyini vurğulayıb və respublikamızda müxtəlif dinlərə mənsub insanların rahat şəraitdə yaşadıqlarını diqqətə çatdırıb.
Sonra fəal gənclər mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18

