/ / Siyavuş Novruzov: “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi vacib sənəddir və bu sənəd ətraflı şəkildə hazırlanıb
Siyavuş Novruzov: “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi vacib sənəddir və bu sənəd ətraflı şəkildə hazırlanıb
17.12.2016 [12:13]
“Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi vacib sənəddir və bu sənəd ətraflı şəkildə hazırlanıb. Qanunda hərbi vəziyyətlə yanaşı, səfərbərlik məsələsinə ciddi fikir vermək lazımdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin dünən keçirilən iclasında çıxışı zamanı deyib.
S.Novruzov bildirib ki, dondurulmuş münaqişə həll edilmiş münaqişə demək deyil və nə vaxtsa aktivləşə bilər. Onun sözlərinə görə, aprel döyüşlərini buna misal göstərmək olar.
“Elə proses yarana bilər ki, biz hər an hərəkətə keçməyə məcbur olarıq. Bu baxımdan vəziyyətə hər an hazır olmalıyıq. Əvvəllər belə təcrübə var idi ki, sərhəd bölgələrinə istefada olan hərbçilər rayon icra başçısı təyin edilirdilər. Fikrimcə, bu təcrübədən indi də istifadə etmək lazımdır. Bizim kifayət qədər istefada olan, dövlətinə sədaqətlə xidmət edən hərbçilərimiz var ki, onlar idarəçilik, insanlarla münasibət qurmaq və eləcə də digər sahələrdə yüksək təcrübəyə malikdirlər. Bəzi yerlərdə zərurət olarsa, belə insanlardan istifadə etmək vacibdir. Yadımıza salaq ki, 1990-cı illərin əvvəllərində elə həmin vətənpərvərlər emənilərin hücumlarının qarşısını alırdı. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Əfqanıstan müharibəsi döyüşçülərinə və döyüş təcrübəsi olan digər insanlara müraciət etdi. Ayrı-ayrı ölkələrin müdaxiləsi olmasa idi, bütövlükdə Azərbaycan torpaqlarını işğaldan azad etmək mümkün olardı. O baxımdan təklif edərdim ki, müvafiq qurumlar artıq müəyyən yaş həddinə çatan insanları siyahılaşdırmalı, heç olmasa onlara 6 aydan bir təlim keçirilməlidir. Biz aprel döyüşlərində şahidi olduq ki, döyüşü aparan, erməniləri darmadağın edənlər müqavilə əsasında xidmət göstərən insanlardır. 18 yaşında əsgərlər hələ təzə öyrənir, o, həmin müddətə çatana, psixoloji durumdan çıxana qədər təcrübəli insanlar hazırlamalıyıq ki, istənilən döyüş anında onlardan istifadə olunsun”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov qeyd edib ki, “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsində mətbuatla bağlı məqamlar düzgün olaraq nəzərə alınıb. Əvvəllər KİV-lərin ordu haqqında istədikləri məlumatları yazdıqlarını xatırladan millət vəkili hazırda bu məsələnin qarşısının alındığını bildirib: “Amma xaricdə bizi istəməyən qüvvələr var ki, onlar müəyyən məlumatlar yayır, ölkəmizdə də həmin qüvvələrə uyanlar o məlumatları çap edirlər. Hesab edirəm ki, bunun da qarşısı alınmalıdır. Hərbi vəziyyət vaxtında ancaq hərbi vəziyyətə rəhbərlik edən orqan tərəfindən verilən məlumatlar dərc olunmalıdır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

