/ / Strateji Yol Xəritəsi neft-qaz sənayesinin gələcək illərdə də ölkəmizin inkişafına sanballı töhfələr verməsini təmin edəcək
Strateji Yol Xəritəsi neft-qaz sənayesinin gələcək illərdə də ölkəmizin inkişafına sanballı töhfələr verməsini təmin edəcək
13.12.2016 [10:39]
Prezident İlham Əliyev: ...Bizim üçün enerji təhlükəsizliyi və enerji siyasəti müasirləşmək, şaxələnmək və infrastruktura sərmayə yatırmaq yolu idi
Ölkəmizin uğurlu perspektiv inkişafının təmin edilməsində, heç şübhəsiz ki, gələcək hədəflərin düzgün məyyənləşdirilməsi çox vacibdir. Belə hədəflər müəyyənləşdirilərkən birmənalı şəkildə respublikanın iqtisadi və intellektual potensialı, ənənələri, müasir dövrün çağırışları nəzərə alınmalı və bir-biri ilə uzlaşdırılmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanının önəmini xüsusi qeyd etmək lazımdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Fərmana əsasən milli iqtisadiyyat perspektivi və onun 11 prioritet sektoru üzrə strateji yol xəritələrinin müəyyənləşdirilməsi Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək.
Neft-qaz sənayesi Azərbaycanın bütün sahələrdə uğurlu inkişafının əsas mənbəyidir
Bəhs olunan Fərmanla bütövlükdə milli iqtisadiyyatımızın gələcək perspektivi ilə yanaşı, onun əsas sektorlarının yaxın, orta və uzunmüddətli dövrdə inkişafını əhatə edən strateji yol xəritələri müəyyənləşdirilib. Strateji yol xəritələrindən biri də respublikamızda kimya məhsulları da daxil olmaqla neft və qaz sənayesinin gələcək inkişafını əhatə edir ki, bu da təsadüfi deyil. Azərbaycanda neft-qaz sənayesinin zəngin tarixi var. Onilliklər ərzində respublikamızda bu sahədə güclü ənənələr, kadr potensialı formalaşıb. Təsadüfi deyil ki, neft-qaz hasilatında bir sıra ilklərə imza atan Azərbaycan bütün dünyada “Neft akademiyası” kimi tanınır.
Müstəqil Azərbaycanın güclü iqtisadi dayaqlara malik ölkəyə çevrilməsində də uğurlu enerji siyasəti, neft-qaz sənayesinin mükəmməl inkişafı mühüm rol oynayıb. Müstəqilliyin ilk illərində ölkəmizin iqtisadiyyatı hədsiz dərəcədə zəif idi. Keçmiş ittifaq respublikaları ilə qurulan təchizat-satış əlaqələri tamam qırılmışdı, müəssisələr fəaliyyətini dayandırmışdı. Respublikanın müxtəlif mallara olan tələbatının ödənilməsində ciddi problemlər yaranmışdı. Eyni zamanda, ölkədə kəskin maliyyə çatışmazlığı var idi. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə qeyd etdiyi kimi, belə şəraitdə Azərbaycanın dünya xəritəsində yerini müəyyənləşdirməyin yeganə yolu enerji ehtiyatlarından istifadə olunması ilə bağlı idi: “... Dünya xəritəsində yerimizi müəyyənləşdirməyin yeganə yolu ölkəmizin inkişafı üçün enerji ehtiyatlarımızdan istifadə etmək idi. Buna görə də müstəqilliyimizi bərpa etdikdən sonra üç ildən daha da az müddətdə - 1994-cü ildə biz dünyanın əsas enerji şirkətlərini Azərbaycana gəlməyə və sərmayə yatırmağa dəvət etdik. O zaman Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin birbaşa cəlb edildiyi ərazi olmuşdu. O zaman bizim üçün enerji təhlükəsizliyi və enerji siyasəti müasirləşmək, şaxələnmək və infrastruktura sərmayə yatırmaq yolu idi. Çünki neft satışından əldə etdiyimiz vəsait suveren rifah fondunda saxlanılırdı və eyni zamanda, neftdən asılılığı azaltmaq üçün infrastruktura sərmayə kimi yatırılırdı”.
Həqiqətən də, müstəqillik illərində ölkəmizin dinamik inkişafının əsası xalqımızın Ümummilli lideri Heydər Əliyevin çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində respublikamızda neft-qaz sənayesinin keyfiyyətcə yeni inkişaf mərhələsi başlayıb. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub” qaz dəhlizinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb.
Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində bu cəhətə xüsusi diqqət çəkərək bildirib: “Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi “Əsrin kontraktı”dır”.
Şübhə yoxdur ki, ölkəmizin gələcək inkişafında da kimya məhsulları istehsalı da daxil olmaqla neft-qaz sənayesi də mühüm rol oynayacaq. Son illərdə neft-qaz sənayesinə aid müəssisələrdə dünya standartları səviyyəsində modernləşdirmə işləri həyata keçirilib ki, bunun da sayəsində həmin istehsalatlar həm müvafiq məhsullara olan daxili istehlakı ödəyir, həm də xarici bazarlarda uğurla təmsil olunurlar.
Neft-qaz sənayesinin sürətli inkişafı Azərbaycanın imkanlarını daha da artıracaq
Dövlət başçısının imzaladığı müvafiq Fərmanla neft-qaz sənayesinin inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin imzalanması həm də o amillə şərtlənir ki, bu sahələrin perspektiv inkişafı sayəsində ölkəmizin regional və qlobal miqyasda rolu və imkanları daha da artacaq. Bu baxımdan ehtiyatları 1 trilyon kubmetrdən artıq dəyərləndirilən “Şahdəniz” yatağının işlənməsi böyük önəm daşıyır. “Şahdəniz-2” layihəsi Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Həyata keçirilən bu layihə Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan yaradacaq. “Şahdəniz-2” layihəsinin qlobal əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, öz enerji təhlükəsizliyinə nail olan Azərbaycanın digər ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında rolu bundan sonra daha da artacaq: “Şahdəniz-2” layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir. İyirmi il bundan əvvəl saziş imzalanmışdır və bu gün biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan qazı region ölkələrinə ixrac edilir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Bu rol getdikcə artacaq”.
Hazırda ölkəmizin fəal iştirakı ilə Azərbaycan qazının Avropa məkanına çatdırılması üçün nəzərdə tutulan “Cənub Qaz Dəhlizi”nin tikintisi də böyük uğurla davam etdirilir. Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Artıq layihənin reallaşdırılması yolunda önəmli addımlar atılıb. Ötən müddətdə layihədə iştirak edən ölkələrin bir sıra ikitərəfli və çoxtərəfli görüşləri keçirilib və layihə ətrafında aktual məsələlər müzakirə edilib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının hər iki toplantısı Bakıda keçirilib ki, bu da təsadüfi deyil. Yeni enerji dəhlizinin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olmuşdur. Prezident İlham Əliyev yeni enerji dəhlizinin yaranmasında Azərbaycanın liderlik roluna xüsusi diqqət çəkib: “Cənub Qaz Dəhlizi” artıq 7 ölkəni birləşdirir. Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir. Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iki dəfə iclası keçirilmişdir. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq”.
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan bu dəhliz 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub.
“Şahdəniz” yatağının səmərəli işlənməsi məqsədilə yaradılan infrastruktur, yeni qaz dəhlizləri, eyni zamanda, əlverişli coğrafi məkanda yerləşən Azərbaycanın tranzit imkanlarının genişlənməsi baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, qonşu dövlətlər də ölkəmizin fəal dəstəyi ilə yaradılan yeni dəhlizlərdən özlərinin enerji resurslarını istehlakçılara nəql etmək üçün bəhrələnə bilərlər ki, bunun da sayəsində Azərbaycanın regional və qlobal əməkdaşlıqda rolu daha da güclənəcək. Prezident İlham Əliyev bu cəhətə diqqət çəkərək deyib: “Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər”.
Azərbaycanda kimya sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub
Kimya sənayesi Azərbaycanda güclü ənənələri olan sənaye sahələrindəndir. Son illərdə idarəetmə strukturunun təkmilləşdirilməsi, investisiya qoyuluşunun artırılması və həyata keçirilən bir sıra digər zəruri tədbirlər sayəsində ölkədə kimya sənayesinin potensialından daha səmərəli istifadə olunmağa başlanıb. Dövlət başçısının bəhs olunan Fərmanı ilə təsdiqlənən müvafiq Strateji Yol Xəritəsində kimya məhsulları istehsalına xüsusi diqqət çəkilməsi də elə ölkəmizin reallıqları ilə bağlıdır. Prezident İlham Əliyev Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündəki çıxışında kimya sənayesini ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdən biri kimi səciyyələndirib: “Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir”.
Qeyd edək ki, ölkəmizdə zəngin potensiala malik kimya sənayesinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafı tarixinə dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli lider 1999-cu ildə bu kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks kimya sənayesini tənəzzüldən xilas etdi və sahənin gələcək inkişafına etibarlı zəmin yaratdı. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı isə ölkədə neft-kimya sənayesinin inkişafına yeni təkan verib.
Hazırda Sumqayıt şəhərində Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən nəhəng Kimya Sənaye Parkı yaradılır. Parkda artıq ilk layihələrin reallaşdırılmasına başlanıb. Burada gələcək illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Parkın ərazisində yaradılan “SOCAR Polymer” zavoduna böyük həcmdə sərmayə qoyulacaq ki, bu da öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində müəssisənin iqtisadi önəmindən bəhs edərək bildirib ki, yeni istehsalat iki ildən sonra məhsul buraxmağa başlayacaq: “Mən iri layihələr arasında, əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək”.
Son illərdə kimya sənayesində görülən işlər ən yüksək standartlara cavab verir
Ölkəmizdə son illərdə yaradılan ayrı-ayrı kimya sənayesi müəssisələri uğurla fəaliyyət göstərir. 2015-ci ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda etilen-polietilen zavodunda işə salınan yeni qurğular ölkəmizin neft-kimya sənayesində istehsalın genişlənməsində və səmərəliliyin yüksəlməsində mühüm rol oynayacaq. Qeyd edək ki, bu zavodun ərsəyə gəlməsində də Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb. Burada yaradılan yeni müasir qurğular isə müəssisənin texniki imkanlarını əhəmiyyətli dərəcədə yüksəldəcək.
Son beş ildə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaranıb, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alınıb. Bu isə istehsal edilən əmtəəlik məhsullarda enerji daşıyıcılarının xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azalması və maya dəyərinin minimuma enməsinə səbəb olub. Bundan başqa, zavodun istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən və müasir cihazlarla təchiz edilən yeni laboratoriyası da əsaslı təmir olunub.
Azot-oksigen kompleksi zavodun və təmir-tikinti idarəsinin azot - oksigenə olan tələbatını tam həcmdə ödəməyə imkan yaradıb. 1987-ci ildən istismar olunan köhnə qurğunun əvəzində yeni azot-oksigen kompleksində innovasiyalı texnologiyaların tətbiqi sayəsində minimum enerji sərfiyyatına malik müasir avadanlıq quraşdırılıb. Yeni kompleksin bütün sistemləri avtomatik idarə edilir.
Yaxın perspektivdə isə ölkənin kimya sənayesi yeni müəssisələr hesabına daha da zənginləşəcək. Yuxarıda deyilənlərdən də göründüyü kimi, ölkəmizdə zəngin potensiala malik kimya sənayesinin qarşısında geniş inkişaf perspektivləri açılıb. Prezident İlham Əliyev Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündəki çıxışında qeyd etdiyi kimi, respublikamızda kimya sənayesinin müasir inkişaf mərhələsi yeni texnogiyaların tətbiqi ilə səciyyələnəcək: “Kimya sənayesinin çox böyük ənənələri, böyük tarixi var. Bu gün isə kimya sənayesi yeni dövrə qədəm qoyur. Bu, müasir, yeni texnologiyalar dövrüdür”.
Milli kimya sənayesinin yeni texnologiyalar əsasında inkişaf etdirilməsi bir sıra mühüm məqsədlərə xidmət edir. Yuxarıda qeyd etdiyimiz kimi, indiki mərhələdə kimya sənayesinin inkişafı həm daxili istehsalın genişlənməsi, həm də yeni ixrac potensialının yaradılması baxımından fundamental amil rolunda çıxış edir. Bura yeni kimya sənayesi müəssisələrinin əhalinin məşğulluğunun təmin edilməsinə verdiyi böyük töhfəni də əlavə edək. Kimya sənayesinə aid məhsulların istehsalı bir qayda olaraq böyük istehsalatlarda həyata keçirilir və belə istehsalatlarda çoxlu sayda yeni iş yeri yaradılır. Yeni yaradılan kimya sənayesi müəssisələrində müasir standartlara uyğun texnologiyaların tətbiqi isə ekoloji məsələlərin həlli deməkdir.
Bütün bu deyilənlər ölkəmizdə kimya sənayesinin inkişafına xüsusi yanaşma tələb edir. Şübhə yoxdur ki, bəhs olunan Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə milli kimya sənayemiz məhz yeni çağırışlara uyğun inkişaf edəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

