İsveç ictimaiyyətinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
06.12.2016 [09:51]
İsveçdə fəaliyyət göstərən “Swazco İsveç-Azərbaycan Şurası” diaspor təşkilatı Stokholmda “Qafqaz - geosiyasi dolaşıqlıq” mövzusunda seminar keçirib. Seminarın məqsədi Qafqaz regionunda mövcud olan müxtəlif etnik qruplar, dillər və münaqişələr barədə yerli ictimaiyyətin nümayəndələrinə məlumat vermək olub.
Tədbiri açan “Swazco İsveç-Azərbaycan Şurası”nın sədri Dəniz Lətifi rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən söz açaraq bildirib ki, “Swazco”nun məqsədi İsveç və Azərbaycan cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, İsveç vətəndaşlarının ölkəmiz haqqında biliklərini artırmaqdır.
Stokholmda fəaliyyət göstərən Baltik və Şərqi Avropa Araşdırmalar Mərkəzinin professoru Tomas Lunden Qafqaz regionunun tarixi inkişaf yolundan, etno-coğrafi, din və dil fərqliliklərindən danışıb.
Stokholm Universitetinin siyasi elmlər üzrə doktoru Fərəc Quliyev çıxış edərək Qafqaz regionundakı münaqişələr haqqında söz açıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan F.Quliyev azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti ilə bağlı məlumat verib. Azərbaycan ərazisinin bir hissəsinin erməni işğalı altında olduğunu seminar iştirakçılarının diqqətinə çatdıran Stokholm Universitetinin siyasi elmlər üzrə doktoru bu vəziyyətin bütün regionun inkişafına mənfi təsir etdiyini söyləyib. Bildirib ki, yürütdüyü təcavüzkar siyasətin nəticəsində Ermənistan regionda həyata keçirilən iri iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.
F.Quliyev Azərbaycanın regionun bütün ölkələri ilə dostluq və tərəfdaşlığa əsaslanan əlaqələrinin olduğunu vurğulayıb. O, əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycanın İsrail ilə yüksək siyasi və iqtisadi əlaqələr yaratdığını deyib, ölkəmizin habelə Türkiyə və Rusiya ilə də strateji əlaqələrinin olduğunu diqqətə çatdırıb.
Daha sonra seminar diskussiya formasında davam edib.
Tədbirin sonunda “Swazco” təşkilatının rəsmi internet səhifəsi təqdim olunub. Seminarda İsveç ictimaiyyətinin nümayəndələri, habelə Azərbaycan və türk diaspor fəalları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

