ABŞ universitetlərində təhsil alan yəhudi gənclər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
06.12.2016 [09:48]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildəki filialının rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun təşəbbüsü ilə KIVUNIM təşkilatı çərçivəsində İsraildə təhsil alan Amerika yəhudi icmasının gənc liderləri - Miçiqan, Harvard, Vaşinqton, İllinoys, Kolumbiya, Kaliforniya və Merilend ştatlarının universitetlərini təmsil edən 50-dək tələbə ilə BBMM-də görüş keçirilib.
Əvvəlcə tələbələrə “Azərbaycan - dünya üçün multikulturalizmin və tolerantlığın əsl modeli” mövzusunda sənədli film təqdim edilib.
BBMM-in şöbə müdiri Sərxanbəy Xudiyev Mərkəzin beynəlxalq və regional layihələrindən söz açıb. O, Mərkəzin dünyanın 8 ölkəsində filialının açılmasından, Azərbaycan multikulturalizmi fənninin 15 xarici, 38 yerli universitetdə tədrisi, ölkəmizdə mütəmadi təşkil edilən multikulturalizm yay və qış məktəbləri haqqında məlumat verib.
Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları Anna Bayramova, Ceyhun Məmmədov, Rəvan Həsənov Azərbaycandakı tolerant ənənələr, multikultural əhvali-ruhiyyə barədə söhbət açıb.
Çıxışlarda qeyd olunub ki, statistik məlumatlara görə, Azərbaycanda 16 min yəhudi məskunlaşıb. Onlar burada 2500 ildən artıqdır ki, yaşayırlar. Azərbaycandakı yəhudilər əsrlər boyu ortaq düşmənə qarşı birgə vuruşaraq vahid vətənləri olan Azərbaycanı qoruyublar.
BBMM-in filial rəhbəri Arye Qut bildirib ki, Azərbaycan bu gün tərəqqinin və İslam dünyasının inkişafının mayakı, sivilizasiyalararası və dinlərarası dialoqun əsl nümunəsi, eləcə də multikulturalizm və tolerantlığın real örnəyidir. Siyasi ekspert, həmçinin müasir mərhələdə Azərbaycanın xarici siyasət strategiyasından, Cənubi Qafqazın lideri kimi rolundan və yerindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətdən, İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən söz açılıb.
İsrailli ekspert qeyd edib ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi dini və etnik tolerantlığa zəmanət verən, dövlətin bu sahədə rolunu gücləndirən iki təsisat yaradıb. İlk olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti təsis edilib. Daha sonra əsas fəaliyyəti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin təşviqi olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, Azərbaycan həm də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin vətənidir. Milli azlıqlara dözümlülük və hörmət qədim zamanlardan, Böyük İpək Yolu dövründən bu günədək ölkənin inkişafının təməli olub.
A.Qut deyib ki, tarixən Azərbaycan torpağında iudaizm, islam, atəşpərəstlik və xristianlıq dinlərinə sitayiş edən insanlar yaşayıblar. Bu torpaq indi də tolerantlıq və dini dözümlülüyə inanılmaz dərəcədə can atdığını nümayiş etdirir. Ölkənin yəhudi icmasının nümayəndələrinə səmimi və qardaş münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda əzəldən antisemitizm olmayıb və yəhudilər burada heç vaxt özlərini yad hiss etməyiblər.
Amerikalı tələbələrin diqqətinə çatdırılıb ki, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən təcavüzünə və münaqişəyə baxmayaraq, Azərbaycanda heç vaxt dözümsüzlük olmayıb və əslən bu ölkədən olan insanlar bu tolerantlıq amili ilə fəxr edirlər. Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasının həyat tərzi və ənənələrinə qayğıkeş və səmimi münasibət bəsləyir. Qədim Qırmızı Qəsəbə dağ yəhudilərinin İsrail hüdudlarından kənarda kompakt yaşadığı yeganə və unikal məkan, Azərbaycanın əsl iftixarıdır. Qırmızı Qəsəbə Azərbaycanda dini icma təmsilçilərinin - müsəlmanlar və yəhudilərin sıx əməkdaşlığı və tərəfdaşlığının nəticəsidir. Bu gün Azərbaycan müxtəlif dinlərin, fərqli xalqların nümayəndələrinin dinc yanaşı yaşamasına və bir-birinə hörmət etməsinə əsl örnəkdir.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, gənclərə BBMM-in hədiyyə və nəşrləri təqdim edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

