Belarus KİV-ləri nüfuzlu beynəlxalq media qurumlarının iclaslarını geniş işıqlandırırlar
18.11.2016 [10:22]
Noyabrın 16-dan 18-dək Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının iclasları və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası Belarusun elektron və mətbu KİV-lərinin diqqət mərkəzindədir.
Hələ noyabrın 14-də Belarus Teleqraf Agentliyinin - BELTA-nın saytında “Dünyanın 100-dən çox xəbər agentliyinin rəhbərləri Bakıya toplaşacaqlar” sərlövhəli material yerləşdirilib: (http://www.belta.by/world/view/v-baku-soberutsja-rukovoditeli-bolee-100-novostnyh-agentstv-mira-219005-2016/).
BELTA xəbər verir ki, dünyada informasiya siyasətinin əsas istiqamətlərini müəyyən edən 100-dən çox informasiya agentliyinin rəhbərləri və nümayəndələri, media sahəsində beynəlxalq ekspertlər, BMT-nin və UNESCO-nun yüksək vəzifəli şəxsləri, habelə regional media qurumlarının nümayəndələri Azərbaycanda keçirilən tədbirə dəvət olunublar.
BELTA-nın 16 noyabr tarixli məlumatında deyilir: “Bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası açılıb”.
Agentlik Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının açılış mərasimində çıxışından bu sözləri sitat gətirib: “Azərbaycan əhalisinin 75 faizindən çoxu fəal internet istifadəçisidir” ( http://www.belta.by/azerbaijan/view/bolee-75-naselenija-azerbajdzhana-javljajutsja-internet-polzovateljami-aliev-219408-2016/_ ). Prezident vurğulayıb ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Dövlətimizin başçısı deyib: “Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağımız Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresində toplaşıblar. Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar”.
BELTA Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun çıxışını “İnformasiyanın dəqiqliyi və obyektivliyi İKT-nin coşqun inkişafı dövründə xüsusilə aktualdır” sərlövhəli materialında şərh edib (http://www.belta.by/society/view/tochnost-i-objektivnost-informatsii-osobenno-aktualny-v-epohu-burnogo-razvitija-ikt-aslanov-219413-2016/).
Agentlik AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun bu sözlərini sitat gətirib: “XXI əsr bəşər sivilizasiyası üçün tamamilə yeni və keyfiyyətcə fərqli bir dövrdür. Daim yenilənən texnologiyalar gündəlik həyatımıza elə sürətlə daxil olur ki, bəzən onunla ayaqlaşmağa çətinlik çəkirik. Hi-tech sadəcə iş yerimizin simasını dəyişmir, həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Bu heyrətamiz dəyişikliyin nəticəsidir ki, uzun müddət öz ənənəviliyini qoruyub saxlamış jurnalistika son dövrlərdə birdən-birə sürətli transformasiyaya məruz qalıb. Əvvəllər leksikonumuzda olmayan sosial media, multimedia, xəbər sənayesində süni intellekt kimi yeni anlayışlar yaranıb. Texnoloji tərəqqi cəmiyyətin simasını, dünya nizamının axarını dəyişir və təbii ki, medianı da öz arxasınca çəkib aparır”.
AZƏRTAC-ın baş direktoru sonda vurğulayıb: “Biz - xəbər istehsalçıları, bu sektorun təmsilçiləri olaraq ən dəqiq, qərəzsiz və peşəkarlıq baxımından qüsursuz informasiya yaratmaq və onu məhsullarımızın istehlakçılarına dərhal çatdırmaq vəzifəsinə sadiqliyimizi qoruyub saxlamalıyıq”.
BELTA “M.Qusman: Bakıda Dünya Xəbər Agentliklərinin Konqresi bütün dünya KİV-ləri üçün əlamətdar hadisədir” sərlövhəli informasiyasında (http://www.belta.by/society/view/gusman-vsemirnyj-kongress-novostnyh-agentstv-v-baku-znakovoe-sobytie-dlja-smi-vsego-mira-219424-2016/) Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın bu sözlərini sitat gətirib: “Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi dünya informasiya məkanında işləyən insanlar üçün çox diqqətəlayiq və əlamətdar hadisədir”.
M.Qusman deyib: “Bu gün dünyamız çoxsaylı çağırışlarla üzləşir. Obyektiv və dəqiq informasiyaya yol tapmaq son dərəcə əhəmiyyətlidir. Üçgünlük konqres çərçivəsində məhz informasiyanın obyektivliyi, habelə yalan informasiyaya, reallığı təhrif etmək cəhdlərinə qarşı mübarizə kimi məsələlər diskussiya mövzusuna çevriləcək”.
MDB-nin Minskdəki qərargahının rəsmi saytında bu mövzuda “Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclası keçirilib”, “Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçirilir”, “MDB İnformşurası Ümumdünya gənclər və tələbələr festivalına informasiya dəstəyi göstərəcək” sərlövhəli bir sıra materiallar yerləşdirib (uhttp://www.cis.minsk.by/news.php?id=7093).
Nüfuzlu beynəlxalq media qurumlarının Azərbaycanın paytaxtında iclasları Belarus telekanallarının xəbər buraxılışlarında və mətbuat səhifələrində geniş işıqlandırılmaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30

