Mərkəzi Seçki Komissiyası “Trenerlər üçün treninq”lərə başlayıb
02.09.2016 [09:57]
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə start verib.
Qeyd etmək lazımdır ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının yüksəldilməsi, seçkilər (referendum) sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə mütəmadi şəkildə hər seçki (referendum) dövründə keçirilən treninq layihəsinin əsası hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində qoyulub.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ildə keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar MSK iki mərhələli treninq layihəsi hazırlayıb. Artıq start götürmüş birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və dörd gün davam etməsi nəzərdə tutulur. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən “Trenerlər üçün treninq”də iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün səsvermə günü prosedurları barədə ətraflı məlumat verilir.
Tədbir zamanı, həmçinin MSK-nın Treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı praktiki məşğələlər keçirilir, səslərin hesablanmasında xüsusi trafaretdən istifadə qaydaları ilə bağlı MSK tərəfindən hazırlanmış xüsusi videoçarx göstərilir, səsvermə günü prosedurları ilə bağlı müxtəlif aktual mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.
Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqinə sentyabrın 6-dan başlanacaq və bu treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq təqribən 10 gün davam edəcək. Yeri gəlmişkən, onu da bildirək ki, aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin və səmərəliliyinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və treninqlərin kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən hazırlanmış “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, səslərin hesablanmasında trafaretdən istifadə qaydaları ilə bağlı videoçarx və bir sıra digər zəruri materiallar təqdim olunacaq.
Kifayət qədər irimiqyaslı maarifləndirmə tədbiri olan treninqlər, ümumilikdə, 30 mindən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

