Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mehriban xanım Əliyevanın fəaliyyəti bütün dünyada gözəl örnəkdir

Mehriban xanım Əliyevanın fəaliyyəti bütün dünyada gözəl örnəkdir

27.08.2016 [10:12]

Məhəbbət İbrahimova: Cəmiyyətə xidmət etmək, insanlara təmənnasız qayğı və diqqət göstərmək Mehriban xanım Əliyevanın fəaliyyət istiqamətlərinin mərkəzində dayanan başlıca amillərdəndir
“Cəmiyyətə xidmət etmək, insanlara təmənnasız qayğı və diqqət göstərmək, həmçinin xalqımızın milli mədəniyyətini dünyada təbliğ etmək Heydər Əliyev Fondunun və bu Fondun rəhbəri, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyət istiqamətlərinin mərkəzində dayanan başlıca amillərdəndir. Ümumiyyətlə, Mehriban xanım Əliyeva ölkəmizdə və dünyada xeyriyyəçi, humanist, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahəsində respublikada və beynəlxalq miqyasda böyük işlər görən, bir sözlə, Azərbaycanı layiqincə təmsil edən bir insan kimi tanınır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.
M.İbrahimova bildirib ki, milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Heydər Əliyev Fondunun xidmətləri əvəzolunmazdır. Onun sözlərinə görə, 2004-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir: “Heydər Əliyev Fondunun fəaliyyəti, eyni zamanda, mədəniyyətlərarası dialoqa töhfədir. Məlumat üçün bildirək ki, artıq bir neçə ildir Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsinin uğurlu fəaliyyəti nəticəsində Bakıda keçirilən “Eurovision-2012” mahnı yarışması isə öz möhtəşəmliyi ilə tarixə düşdü.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həmçinin ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin qorunması, təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir. Heydər Əliyev Fondu tərəfindən Roma katakombaları təmir-bərpa edilib. Eyni zamanda Mehriban xanımın rəhbərlik etdiyi təşkilat komitəsi tərəfindən ilk Avropa Oyunları da Bakıda çox yüksək səviyyədə keçirildi”.
“Mehriban xanım Əliyeva həmçinin xeyriyyəçilik, təbii fəlakətlərdən zərər çəkənlərə yardım göstərilməsi, ana və uşaq sağlamlığının qorunması və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Belə ki, Fond indiyədək təhsil sahəsində bir sıra məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məkəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası və s. kimi böyük layihələrə imza atıb. Bir sözlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada gözəl örnəkdir”, - deyə M.İbrahimova vurğulayıb.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31