Terrorçu dəstə başçısı Taleh Bağırzadə məhkəmə prosesini siyasiləşdirməyə çalışır
05.08.2016 [09:51]
“Müsəlman birliyi” adlı qeyri-qanuni silahlı dəstənin cinayətlərini sübut edən kifayət qədər faktlar mövcuddur
Ötən il noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı həbs edilən “Müsəlman birliyi” adı altında qanunsuz fəaliyyət göstərən təşkilatın rəhbəri Taleh Bağırzadə və qurumun digər üzvlərinin, eləcə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının məhkəmə istintaqı davam etdirilir. Xatırladaq ki, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən bu silahlı cinayətkar dəstə barədə ötən il Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar öz təsdiqini tapmışdı və təxirəsalınmaz əks tədbirlər görülmüşdü. Müəyyən olunmuşdu ki, Taleh Kamil oğlu Bağırzadə və digərləri dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat nəticəsində T.Bağırzadə və onun dəstəsinə daxil olan şəxslər həbs olunublar. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin bir neçə üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Saxlanılan şəxslər barəsində faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.
F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
T.Bağırzadə və onun “Müsəlman birliyi” adlı qeyri-qanuni dəstəsi terror fəaliyyəti ilə məşğul olub
Qeyd edək ki, T.Bağırzadə və digərləri məhkəmə istintaqı zamanı törətdikləri əməlləri ört-basdır etmək üçün bir sıra yollara baş vurmaqda davam edirlər. Belə ki, məhkəmədə istintaqın aparıldığı cinayət işi ilə bağlı açıqlama verməyən, məhkəməni və ictimai rəyi çaşdırmaq üçün prosesi siyasiləşdirmək niyyətinə düşən T.Bağırzadənin danışdıqları, daha doğrusu, öz əməllərini ört-basdır etmək üçün uydurduqları birmənalı olaraq yalandan başqa bir şey deyil.
Əslində, dini-ekstremist qruplaşmaların Azərbaycandakı nümayəndələri olan bu şəxs və ətrafındakı dəstə üzvləri zərərsizləşdirilən zaman onların arsenalında odlu silahlar, əl qumbaraları, çoxlu sayda “Molotov kokteyli” olub. Maraqlıdır ki, özünü “dindar” qismində təqdim etməyə çalışan birisi bu qədər silah-sursatı nə edirmiş? Bəlkə, T.Bağırzadə, eləcə də digərləri bu silahların ibadət üçün gərəkli olduğunu iddia edəcəklər? Təbii ki, bu, mümkün deyil. Onların başlıca məqsədləri ölkəmizdə qarşıdurma, terror təhlükəsi yaratmaq, din pərdəsi altında müxtəlif qanlı aksiyalar keçirmək olub. Lakin Azərbaycanın hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində onlar buna nail ola bilməyiblər.
Qeyd edək ki, bu gün dünyanın bir çox yerində dindən siyasi məqsədlər naminə istifadə olunur və bu kontekstdə radikal-ekstremist qüvvələrin xidmətlərindən yararlanmaq təcrübəsi xüsusilə aktuallıq kəsb edir. T.Bağırzadənin yaratdığı qeyri-qanuni silahlı birləşmə də Azərbaycanda din pərdəsi arxasında xaos yaratmaq, qarşıdurmalara rəvac vermək niyyətində olub ki, buna da nail ola bilməyiblər. Əlinə düşən bütün fürsətlərdə xalqı itaətsizliyə çağıran, sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları edən və gec-tez öz niyyətlərini reallaşdıracaqlarını bildirən T.Bağırzadə bu gün öz əməllərini inkar edir, əksinə məhkəmə istintaqına siyasi don geyindirməklə bütün bunlardan canını qurtarmaq istəyindədir.
Azərbaycan dövləti heç bir qüvvənin ölkədəki sabitliyi pozmasına imkan vermir
Bu məqamda birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycanda dini təhlükəsizlik təmin olunub və dövlət radikal-ekstremist qrupların xaos yaratmaq cəhdlərinə izin vermir. Ümumiyyətlə, yerləşdiyi regionun ən güclü dövləti olan Azərbaycan heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyinin baş tutmasına imkan vermir. Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilib. Ölkəmizin suverenliyinin qorunması, xalqımızın təhlükəsizliyinin təminatı Azərbaycan dövlətinin əsas prioritetidir. Dünyada tolenrantlıq nümunəsi sayılan ölkəmizdə insanların bütün hüquqları ölkə Konstitusiyası ilə tanınır və qorunur. Digər tərəfdən, dünyəvi ölkə olan Azərbaycanın Konstitusiyasında da dinin dövlətdən ayrı olduğu təsbit olunub. Bu, o deməkdir ki, Azərbaycan müsəlman ölkəsi olsa da, sivil, dünyəvi, demokratik qanunlarla idarə olunur. Bu fakt Azərbaycan dövlətində aparıcı amilin məhz vətəndaş iradəsi, insan azadlığı olmasını deməyə əsas verir. T.Bağırzadə kimilərinin bu iradəyə qarşı gəlməsi, silahlı güc yolu ilə demokratik dövlət quruluşuna qarşı çıxışlar etməsi mümkün deyil.
Terrorçu dəstənin zərərsizləşdirilməsindən sonra Nardaran qəsəbəsində abadlıq-quruculuq işlərinə start verildi
Bütün bunları xatırlatmaqla yanaşı qeyd etmək yerinə düşər ki, bu cür din pərdəsi altında gizlənən ünsürlərin zərərsizləşdirilməsindən sonra Nardaran qəsəbəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, həmçinin abadlıq-quruculuq işlərinə start verilib. Belə ki, küçə və meydanlar radikal dini simvollardan, ekstremist və terrorçuların qurduğu “barrikadalardan” təmizlənib. Bundan başqa, ötən il keçirilən əməliyyatın ardından kənddə mövcud olan qeyri-qanuni silahların hüquq-mühafizə orqanlarına təhvil verilməsi prosesi həyata keçirildi, hüquqi dövlət olan Azərbaycan dövlətində qanunların pozulmasına gətirib çıxaran, xalqımızın, o cümlədən dövlətimizin təhlükəsizliyinə təhdid yaradan terrorçuların məsuliyyətə cəlb edilməsi yönündə lazımi addımlar atıldı. Birmənalı şəkildə qeyd etmək gərəkdir ki, əməliyyat həyata keçirilən zaman ictimai qaydaları pozan, müqavimət və itaətsizlik nümayiş etdirən şəxslər haqqında qanun çərçivəsində tədbirlər görüldü.
Təbii ki, Taleh Bağırzadə və onun terrorçu dəstəsinin zərərsizləşdirilməsi, sözügedən azsaylı zümrənin ifşa edilərək məsuliyyətə cəlb edilməsi Nardaran qəsəbəsində ümumi həyat ritminin bərpa olunmasına yol açdı. Artıq hər kəs dərk etdi ki, bundan sonrakı dövrdə Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı alınacaq.
Nardaran qəsəbəsi öz inkişafının yeni mərhələsinə qədəm qoyub
Beləliklə, son bir ildə Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Məsələn, Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolu, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələri abadlaşdırılaraq əhalinin ixtiyarına verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 7 mart tarixli Sərəncamı ilə əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Tikinti işləri zamanı yolun eni 9,5 metrə qədər genişləndirilib. Bundan başqa, yol yatağının deformasiyaya uğramış hissələri bərpa edilib, köhnə asfalt-beton örtüyü yenilənib.
Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrində tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, yolların genişləndirilərək yenidən qurulması, su, kanalizasiya və rabitə xətlərinin yenilənməsi işləri aparılıb. 2360 metr uzunluğunda Abşeron küçəsinin yenidənqurmadan əvvəl hərəkət zolaqlarının sayı iki, eni isə orta hesabla 8 metr olub. Layihəyə əsasən, yolun eni genişləndirilərək dördzolaqlı olmaqla 18 metrə çatdırılıb. Küçə boyu hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Abşeron və Nəsrulla Əsgərov küçələrinin kəsişməsində yeni dairə inşa olunub.
Eyni zamanda, Nardaran qəsəbəsinin mərkəzindən Rəhimə xanım ziyarətgahına qədər 1050 metr uzunluğunda Nəsrulla Əsgərov küçəsinin eni genişləndirilərək 16 metrə çatdırılıb. İkitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılıb. Hazırda bu küçə 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Burada hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Rəhimə xanım ziyarətgahının qarşısında avtomobillər üçün dayanacaq da yaradılıb.
Bundan başqa, Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu rayon idarəsinin Nardaran bölməsi, eləcə də Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin Nardaran qəsəbəsində polis bölməsi də fəaliyyətə başlayıb.
Bu ilin martında isə Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evinin açılış mərasimi olub.
Bununla yanaşı, Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli yanğından mühafizə bölməsinin açılışı olub.
Eləcə də bu il “Azərişıq” ASC-nin Nardaran qəsəbəsində inşa etdiyi yeni inzibati binası istifadəyə verilib. Bundan başqa, qəsəbənin 3 minə yaxın abonentinin hər birinə yeni CSM tipli sayğaclar quraşdırılıb, yeni SİP kabel xətləri çəkilib. Bundan əlavə, komplekt transformator məntəqələri quraşdırılıb, yeni dayaqlar basdırılıb.
Yeri gəlmişkən, vurğulayaq ki, Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcu da silinib.
Dövlətimiz terrorçulara və onların havadarlarına qarşı barışmaz mövqe tutur
Bütün bunlardan sonra bir daha vurğulayaq ki, Azərbaycan dövləti qeyri-qanuni fəaliyyətlərə qarşı hər zaman öz iradəsini nümayiş etdirib və cinayətkar əməllərini siyasi manipulyasiya vasitəsilə ört-basdır etmək istəyənlərə öz qətiyyətini göstərib. Nardaran qəsəbəsində yuva salmış terrorçu dəstə ilə bağlı keçirilən əməliyyat da bunun bariz nümunəsidir. Yəni, ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına qarşı barışmaz mövqe tutan Azərbaycan dövləti bir daha sübut etdi ki, sabitliyin pozulmasına yönələn bütün addımların qarşısını anındaca almağa hazırdır. Təbii ki, Azərbaycan hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat, eləcə də prosesin davamı olaraq məhkəmə bu terrorçu qrupa daxil olan şəxslərin qanun qarşısında cavab verməsini təmin edəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

