/ / Britaniya parlamentinin nümayəndə heyəti azərbaycanlı məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub
Britaniya parlamentinin nümayəndə heyəti azərbaycanlı məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub
30.07.2016 [10:02]
Ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti iyulun 29-da Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məcburi köçkünlər üçün yaradılan şəraitlə yerində tanış olmaq məqsədilə buraya gələn nümayəndə heyətini ərazidə komitə sədrinin müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri qarşılayıblar.
Qaçqın və məcburi köçkünlərin problemi ilə yaxından maraqlandığına görə Britaniya parlamentinin üzvlərinə təşəkkürünü bildirən F.Hüseynov bildirib ki, Bakıda və şəhərətrafı ərazilərdə, respublikamızın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturları ilə birlikdə müasir qəsəbələr, məhəllələr salınıb, daha ağır şəraitdə yaşayan minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Hələ də məcburi köçkünlərin müəyyən qisminin yataqxanalarda, tikintisi yarımçıq qalmış obyektlərdə ağır şəraitdə yaşadığını xatırladan komitə sədrinin müavini deyib ki, dövlətimiz tərəfindən onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir. Bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşdırılıb. Torpaqlarımız azad edildikdən sonra onlar doğma yurdlarına qayıdacaqlar.
Sonra qonaqlar ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə tanış olublar. Qonaqlar, həmçinin məhəllədəki 280 yerlik uşaq bağçasında olub, burada tərbiyə alan uşaqların əl işlərinə baxıb, körpələrin ifasında xalqlar arasında sülh və dostluğu tərənnüm edən mahnılar dinləyiblər.
Britaniyalı qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də tanış olublar. Zəngilandan məcburi köçkün Ərşad Priyevin mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bütün bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.
Görüşlərdə Böyük Britaniya parlamentinin üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarının zəruriliyini bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57

