Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir
08.06.2016 [10:08]
İyunun 7-də Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Şahin İsmayılov, gənclər təşkilatlarının təmsilçiləri, tələbələr və fəal gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gənclər və İdman Nazirliyi arasında tədbirlər planının təsdiq edildiyini bildirən nazir müavini İntiqam Babayev bildirib ki, Bakıda və digər rayonlarda multikulturalizmlə bağlı müxtəlif seminar və “dəyirmi masa”lar təşkil edilir. Multikulturalizm dözümlülük deməkdir və bu dəyərin Azərbaycanda dərin kökləri var. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri birgə yaşayır və onların hüquqları yüksək səviyyədə qorunur. Multikultural dəyərlərə sahib olmaq xoşbəxtlikdir. Bu dəyərlər olmadıqda müxtəlif problemlər meydana çıxır.
Azərbaycanda multikulturalizmlə bağlı çoxsaylı tədbirlər keçirildiyini vurğulayan komitə sədri Mübariz Qurbanlı qeyd edib ki, tədbir gənclər təşkilatları üçün nəzərdə tutulub. Burada müzakirə edilən məsələlər onların gələcək fəaliyyətində tətbiq ediləcək.
Komitə sədri bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri Azərbaycan Konstitusiyası ilə tənzimlənir. Azərbaycan müsəlman ölkəsi olaraq dünyada özünəməxsus yerə malikdir. Xalqımız islam dinini qoruyaraq bu günədək gətirib çıxara bilib. Sovet dövründə dini məsələlərlə bağlı böyük maneələr mövcud idi. Ənənəvi İslam dəyərləri unudulmağa başlanırdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu kimi maneələr aradan qaldırıldı. Ümummilli liderin İslam dininə verdiyi qiymət Onun fəaliyyətində də bariz şəkildə əksini tapıb. Ulu öndərin iftar süfrələrinə qatılması, Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən təşkil edilən tədbirlərdə iştirakı, eləcə də müqəddəs yerləri ziyarət etməsi İslam dəyərlərinə verdiyi qiymətin əsas göstəricilərindən hesab edilir.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanda Konstitusiya qəbul edildikdə dünyəvilik əsas prinsip olaraq irəli sürülüb. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Azərbaycan tarixinə nəzər salsaq görərik ki, ölkəmizdə heç zaman dini zəmində qarşıdurma olmayıb. Xalqımız bütün xalqlara qarşı dözümlülük nümayiş etdirib. Əgər belə olmasaydı, o zaman Azərbaycanda yaşayan 70-dən çox etnik qrup mehriban şəkildə yaşaya bilməzdi. Biz bu dəyərləri bütün dünyaya nümayiş etdiririk. Azərbaycanın dünya ölkələri arasında gücü hər kəsə bəllidir. Məhz bunu gözləri götürməyən qüvvələr demokratiya pərdəsi altında ölkəmizə qarşı müxtəlif təzyiqlər etməyə, qarşıdurma yaratmağa cəhd edirlər. Lakin Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur. Bəzi radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa çalışırlar. Hətta bəzən gənclərimizi fanatik dini qrupların təsiri altına salıb xarici ölkələrdəki qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərinin şahidi oluruq. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır.
Fuad Muradov bildirib ki, bir müddət bundan əvvəl bəzi gənclərimiz dini radikal qrupların təsir altına düşərək başqa ölkələrdəki döyüşlərə qatılırdılar. Lakin Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik müsbət nəticələrini verir. Artıq belə halların qarşısı demək olar ki, alınıb. Bu kimi halların baş verməməsi üçün təhsilin də böyük önəmi var. Statistika göstərir ki, belə addım atanların böyük əksəriyyəti təhsili olmayan şəxslərdir. Bu məsələyə Təhsil Nazirliyi də diqqəti artırmalıdır.
Seymur Orucov diqqətə çatdırıb ki, Azərbaycan multikultural baxımdan dünya ölkələri üçün nümunədir. Xalqımız tarixən bu dəyərlərə bağlı olub. Ulu öndər xalqımıza azərbaycançılıq ideologiyasını bəxş edib.
Digər çıxış edənlər də ölkəmizdə mövcud olan multikultural dəyərləri yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

